Ustadnamə
Ustadnamə — Hikmətli, nəsihətamiz qoşmalar ustadnamələr adlanır. Ustad sözü, ustad nəsihətidir. “Öyüdləmə” adı ilə də tanınır. ”Dədə Qorqud soylamaları” da bu anlamı daşıyır.[1]
Adətən, dastanların əvvəlində üç ustadnamə verilir. Məsələn,
Qafil könül, bir məclisə varanda,
Ver qadağa acı dilə, danışma.
Hərcayı söyləmə, hərcayı demə,
Laf eyləyib gülə-gülə danışma.
Aşıq gərək hər məclisdə sayılsın,
Sözünü eşidən qansın, ayılsın.
Kəlmə çıxar, şirin cana yayılsın,
Aşırıb sözünü zilə danışma.
Sözün manı tutma azğın, axmağın,
Xoşlanılmaz aralıqdan çıxmağın,
Layiq deyil başa qaxınc qaxmağın,
Öz eybini bilə-bilə danışma.
Yazıq Hüseyn, əhdin yetər yerinə,
Könül bağla aşıqların pirinə.
Çək sözünü həqiqətə, dərinə,
Hər qədirbilməzə belə danışma.
İstinadlar
- Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.