Ustaclı

Ustaclı eliOğuzların Əfşar boyuna bağlı el.

Tarixi

Öncə Güney Azərbaycanın MuğanQaradağ vilayətlərində yaşam sürən ustaclılar monqol işğalı dönəmində Anadoluya qaçdılar. Burada yaşayan soydaşları ilə birləşib Sivas Amasya civarında məskunlaşdılar. Ustaclı eli Ərətna bəyliyinin, sonra isə Qazi Bürhanəddin hökumətinin siyasi həyatında yaxından iştirak etmişdi. Osmanlılar dönəmində məzhəbləri ilə əlaqədar orduya cəlb olunmadıqlarından Səfəvilərə üz tutmuşdular.

Ustaclı elinin oymaqları əsasən Güney Azərbaycanda məskunlaşmışdılar. Zamanla oymaqlar elin tərkibindən çıxıb müstəqil elə çevrildilər. Məsələn, Quzey Azərbaycanın Naxçıvan vilayətində yerləşən Kəngərli oymağı sonradan böyük bir elə çevrildi. Bəzi oymaqlar isə daha güclü ellərə birləşdilər.

Ustaclı elinin bəzi oymaqları isə heç bir elə qatılmayıb yaşamını sürdürdü. Azərbaycanın bəzi bölgələrində Ustaclı toponiminə rast gəlinir.

Ustaclı elinin oymaqları

Təmişli, çavuşlu, asayişli, köşkoğlu, sofular, fəthoğlu, toxmaqlı, hacıfəqihli, Qoçulu, kəngərli, kərəmpa, yeganlı, şərəfli, şeyxlər…

Mənbə

  • Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
  • Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
  • Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.