Usta Zeynal Nəqqaş

Usta Zeynal Nəqqaş (Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Abdullazadə; 1839, Ordubad1904, Ordubad, Naxçıvan qəzası) — xəttat nəqqaş və şair[1].

Usta Zeynal Nəqqaş
Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Abdullazadə
Doğum tarixi 1839
Doğum yeri
Vəfat tarixi 1904
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Təhsili mədrəsə
Əsərlərinin dili Azərbaycan dili, ərəb dili, fars dili
Janr divan
Üzvlüyü

Həyatı

Kiçik yaşlarından poeziyaya, xəttatlıq və naqqaşlıq sənətinə maraq göstərir[2]. Ordubadda sonra isə Təbriz mədrəsə almış, nəqqaşlıq sənəti ilə yanaşı, ərəb-fars dillərini və klassik Şərq şerini mükəmməl öyrənmişdir. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin ən fəal və istedadlı üzvlərindən olmuşdur. Ədəbi irsindən çox az nümunələr dövrümüzədək gəlib çatmışdır. Əlyazma divani itdiyindən yaradıcılığı haqqında ətraflı danışmaq mümkün deyil. Lakin əldə olan nümunələr göstərir ki, Usta Zeynal Nəqqaş həm klassik, həm də tənqidi-realist üslubda şeirlər yazmışdır[1].

Fəaliyyəti

Şeirləri

Şeirləri bədii sənətkarlıq xüsusiyyətləri, orijinal obrazları, cinas qafiyələri ilə diqqət cəlb edir[1]. "Nə bilim" adlı satirik şeirindən misralar:

"

Gedib əyyami-vüsalın, olacaqmış belə hicr, Həsrətin paki ölüncə qalacaqmış, nə bilim?
Məni biçariyə varmış bu xəyalın fələkin, Zülm əlilə belə viran olacaqmış, nə bilim?

"

İctimai məzmunlu şeirləri

İctimai məzmunlu şeirlərində dövrün sosial ziddiyyətləri, yoxsul camaatı iqtisadi və mənəvi əsarətdə saxlayan hakim təbəqələr tənqid olunur. Azərbaycanın digər şəhərlərində fəaliyyət göstərən ədəbi məclislərin üzvləri ilə əlaqəsi saxlamış, onlarla şerlənmiş, məktublaşmışdır[1].

Yaradıcılığı

Nəqqaşlıq sənəti

Usta Zeynal həm də mahir nəqqaş olmuş Ordubad, TəbrizTiflis bir sıra binanın dekorativ bəzəklərini işləmişdir. Naxçıvanda yerləşən xan sarayının və yaşayış binasının[1], Bakıda Hacı Zeynalabdin Tağıyevin evi (indiki Milli Azərbaycan Tarixi Muzeyi), Ordubad şəhərinin "Malik İbrahim" qəbiristanlığındakı dağa bitişik "Qara pir"də işlədiyi naxış, XIX əsrin axırlarında İran şahının Ordubada gəlişi ilə əlaqədar "Came" məscidinin arxa divarına işlədiyi "Şiri-xurşid" gerbi də sənətkarın maraqlı yaradıcılıq nümunələrindəndir[2]. Müəllif Ordubaddakı Cümə məscidinin divarına həkk etdiyi şeirində yazır:

"

Yaran, bu dəhri-dun biz ilə məcrası var,
Çox xanələr xərab eyləyib, müddəası var.
Aldanmayın bu çərxi-cəfaçü əcuzinə,
Yoxdur vəfası, şərmi, nə də həyası var.
Bu büqəyü-şəriflə Nəqqaşı yad edin,
Ənbabdan həmişə dua iltiması var.

"

İstinadlar

  1. Azərbaycan Milli Elmlər Akademiyası. Naxçıvan ensiklopediyası. Bakı. 2002. səh. 566-567.
  2. Savalan Fərəcov. "Zeynalabdin Əbu Səid oğlu" (az.). medeniyyet.az. 11-05-2016. Archived from the original on 2020-01-16. İstifadə tarixi: 2019-06-21.

Ədəbiyyat

  • Rəfiyev C. Nəqqaş və şair. “Elm və həyat” jurnalı. 1979. səh. №8.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.