Ustaşlar

Ustaşlar (xorv. Ustaše — üsyançı, qiyamçı[1]) — 1929–1945-ci illər arasında bir təşkilat kimi fəaliyyət göstərən, rəsmi olaraq Ustaş – Xorvat İnqilabi Hərəkatı (xorv. Ustaša – Hrvatski revolucionarni pokret) kimi tanınan xorvat faşist, ultranasionalist, etnonasionalist, klerikal təşkilat. Onun üzvləri 1934-cü ildə Yuqoslaviya kralı I Aleksandrın öldürülməsinə köməklik göstərmiş və Müstəqil Xorvatiya dövlətində holokost törədərək yüz minlərlə serb, yəhudi, qaraçı, həmçinin Bosniyalı müsəlmanları və Yuqoslaviyada İkinci Dünya müharibəsi zamanı xorvat siyasi dissidentlərini qətlə yetirmişdilər.[2][3][4]

Ustaşlar
Loqonun şəkli
Yaranma tarixi 7 yanvar 1929
Ləğvolma tarixi 8 may 1945
Mərkəzi
Qurucusu
Sədr Ante Pavelić
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hərəkatın ideologiyası faşizm, Roma katolikliyi və Xorvat ultramillətçiliyinin qarışığı idi. Ustaşlar Drina çayını əhatə edən və Belqrad sərhəddinə qədər uzanan Böyük Xorvatiyanın yaradılmasını dəstəkləyirdilər.[5] Hərəkat irqi cəhətdən "təmiz" Xorvatiyanı müdafiə etmiş və nasist irqi nəzəriyyəsi, antifaşist və ya dissident xorvatlar və boşnakların təqibi yolu ilə ustaşlar anti-serb əhval-ruhiyyəsinə görə serblərə, yəhudilərə və qaraçılara qarşı soyqırımı təbliğ etmişdilər. Ustaşlar bosniyalılara " müsəlman xorvatlar " kimi baxırdı və nəticədə bosniyalılar irqinə görə təqib olunmurdular.[6] Ustaşlar xorvatların dini kimi Roma katolikliyini və İslamı müdafiə etmiş və serblərin əsas dini olan pravoslav xristianlığının əleyhinə olmuşdular. Roma katolikliyi Xorvat millətçiliyi ilə eyniləşdirilmiş[7], BosniyaHerseqovinada böyük izləyicisi olan İslam isə ustaşlar tərəfindən "Xorvatların qanını doğru tutan" din kimi təriflənmişdi.[8] 

Ustaş müstəqil Xorvatiya dövləti yaratmağa çalışan millətçi bir təşkilat kimi yaradılmışdır. İkinci Dünya müharibəsindən əvvəl terror təşkilatı kimi fəaliyyət göstərib. 1941-ci ilin aprelində ustaşlar Faşist İtaliyası və Nasist Almaniyası tərəfindən qurulan kvazi-protektorat kukla dövlət olan Müstəqil Xorvatiya dövləti kimi Ox dövlətləri tərəfindən işğal edilmiş Yuqoslaviyanın bir hissəsini idarə etmək üçün təyin olunduqda hakimiyyətə gəlmişdilər[9][10][11]

Ustaş rejimi hərbi cəhətdən zəif idi və xorvatlar arasında ümumi dəstəyə malik deyildi, əhali arasında əhəmiyyətli dəstək əldə etmək üçün mübarizə aparırdı. Buna görə də terror onların "etnik cəhətdən fərqli olan" əhalini idarə etmək vasitəsi idi.[12][13] Ustaş rejimi əvvəlcə dünya müharibələri arası dövrdə serblərin rəhbərlik etdiyi Yuqoslaviya tərəfindən sıxışdırılmış hiss edən xorvat əhalisinin bəzi hissələri tərəfindən dəstəklənirdi, lakin onların qəddar siyasəti bir çox adi xorvatı tez bir zamanda özgələşdirdi və nəticədə onların əldə etdikləri dəstəyi itirdi.[14]

Almaniyanın təslim olması, Avropada İkinci Dünya müharibəsinin başa çatması və 1945-ci ildə sosialist Yuqoslaviyasının qurulması ilə ustaş hərəkatı və onların dövləti tamamilə dağıldı. Sonradan ölkədən qaçan ustaş milislərinin və Xorvat Daxili Mühafizəsinin bir çox üzvü müharibə əsirləri kimi götürüldü və Bleiburq repatriasiyası zamanı deportasiyalara və edamlara məruz qaldı.

İstinadlar

  1. Зарва М. В.. Русское словесное ударение. Словарь. — М. : НЦ ЭНАС, 2001. — 600 с. — 6000 экз. — ISBN 5-93196-084-8.
  2. "Croatian holocaust still stirs controversy". BBC News. 29 November 2001. 12 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2010.
  3. "Balkan 'Auschwitz' haunts Croatia". BBC News. 25 April 2005. 22 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2010. No one really knows how many died here. Serbs talk of 700,000. Most estimates put the figure nearer 100,000.
  4. Lepre, George (1997). Himmler's Bosnian Division: The Waffen-SS Handschar Division 1943–1945. səh. 14-18. 2023-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-03.
  5. Meier, Viktor.
  6. Fischer, 2007
  7. Kent, Peter C. The lonely Cold War of Pope Pius XII: the Roman Catholic Church and the division of Europe, 1943–1950, McGill-Queen's Press (MQUP), 2002 p. 46; ISBN 978-0-7735-2326-5

    "Fiercely nationalistic, the Ustaše were also fervently Catholic, identifying, in the Yugoslav political context, Catholicism with Croatian nationalism…"
  8. Jelić-Butić, Fikreta. Ustaše i Nezavisna Država Hrvatska 1941–1945. Sveučilišna naklada Liber. 1977.
  9. Yugoslavia Arxivləşdirilib 2009-08-25 at the Wayback Machine, Holocaust Encyclopedia, United States Holocaust Memorial Museum website; accessed 25 April 2014.
  10. Watch, Helsinki. War Crimes in Bosnia-Hercegovina. Human Rights Watch. 1993. ISBN 978-1-56432-083-4. İstifadə tarixi: 23 April 2008.
  11. Raič, David. Statehood and the law of self-determination. Martinus Nijhoff Publishers. 2002. ISBN 978-90-411-1890-5. İstifadə tarixi: 23 April 2008.
  12. Shepherd, 2012
  13. Israeli, Raphael. The Death Camps of Croatia: Visions and Revisions, 1941–1945. Routledge. 2017. səh. 45. ISBN 978-1-35148-403-9.
  14. Sindbaek, Tina. Usable History?: Representations of Yugoslavia's Difficult Past from 1945 to 2002. Aarhus University Press. 2002. səh. 27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.