Ussuri çayı
Ussuri (Mancur dilində - Qara[1]) — Primorsk diyarı və Xabarovsk diyarı ərazisindən və Çinin Xeylunszyan vilayəti ərazisindən axır. Amur çayının sağ qolunu təşkil edir. Çay böyük məsafədə Rusiya və Çin sərhəddindən keçir.
Ussuri çayı | |
---|---|
ᡠᠰᡠᡵᡳ ᡠᠯᠠ 乌苏里江 река Уссури | |
Ölkə | Rusiya |
Mənbəyi | |
• Yüksəkliyi | 1682 m |
Mənsəbi | Amur çayı |
• Yüksəkliyi | 42 m |
Uzunluğu | km |
Su sərfi | 1.150 m³/s |
Hövzəsinin sahəsi | 193.000 km² |
|
|
DSR | 20030700212118100051424 |
Vikianbarda əlaqəli mediafayllar |
1972-ci ildə Ussuri çayı Arxipovka kəndinə qədər YanmutXouza (Yan-Mut-Xouza) adlanırdı. Sonra isə Verxnaya Breevka kəndinə qədər isə Sandaqao, buradan yuxarıya doğru isə Ulaxe adlanır. Ümumilikdə isə çay Ussuri adlandırılmışdır. Damansk adası konfliktindən sonra uzaq şərqdə yerləşən Çin dilində olan coğrafi obyektlərin adı dəyişdirilir[2][3][4][5]
Coğrafiyası
Uzunluğu 897 km, hövzəsinin sahəsi 193 000 km² təşkil edir. Çayın mənbəyi Olqinski rayonu ərazisində yerləşir. Çayın mərkəzində çoxlu sayda kiçik adalar vardır.
Kazakeviçevi kəndi (Xabarovskiy rayonu) ərazisində dayaz Kazakeviçeva axarına tökülür. Burada isə axar Amur axarı adı altında Amur çayına tökülür. Xanka gölü ilə Ussuri çayını Sunqaça çayı birləşdirir. Çayın mərkəzində ən iri ada Kutuzov adasıdır.
Hindrologiyası
Çayın qidalanmasında 60 % yağış, 30-35% qar suları iştirak edir. Musson yağışlarının təsiri ilə yağıntılar əsasən mart-avqust ayları düşür. Orta illik sərfiyyat 143 m³/s təşkil edir. Noyabr ayında çay donur və aprel ayında isə donu açılır.
Qolları
Sol qolları: Arsenevka, Draquçina, Sunqaça, Mulinxe, Naolixe.
Sağ qolları: Juravlevka, Böyük Ussurka, Bikin, Şivki, Bira, Xor, Kiya, Çirki.
Ussuri hövzəsində olan yaşayış məntəqələri
Rusiya
- Olqinski rayonu ərazisindən keçən hissədə sahilində yaşayış məntəqəsi yoxdur.
- Çuquev rayonu: Topoleviy, İzvilinka, Arxipovka, Bulıqa-Fadeevo, Svetovka, Sokolovka, Novomixaylovka;
- Bikinskiy rayonu: Pokrovka, Vasilevka, Lonçakovo;
- Vyazemski rayonu: Vidnoye, Şeremetovo, Vinoqradovka, Venyakovo, Zabaykalski, Kukelevo;
- Lazo adına rayon: Arquskoye, Nevelskoye;
- Xabarovsk rayonu: Kazakeviçevo;
Çinə aid hövzədə Xutou və Jaoxe yaşayış məntəqələri vardır
Əhəmiyyəti
Çaydan su təhcizatında istifadə edilir. Sahillərinfə meşə tədarükünü həyata keçirən zavod fəaliyyət göstərir. İstər Sovet istərsə Rusiya dönəmində gəmiçilikdə istifadə edilməmişdir.
Tarixi hadisələr
İstinadlar
- "Бохайские топонимы и гидронимы Приморья и их идентификация с современными географическими названиями". 2019-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
- "Постановление Совета Министров РСФСР № 753 от 29 декабря 1972 г." 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
- "Указ Президиума Верховного Совета РСФСР от 26 декабря 1972 г. и Постановление Совета Министров РСФСР № 753 от 29 декабря 1972 г." (PDF). 2011-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-27.
- "В. К. Арсеньев. По Уссурийскому краю". 2007-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
- Карта Приморского края, масштаб 1 : 1250000, Главное управление геодезии и картографии МВД СССР, 1958 год, отпечатана Новосибирской картографической фабрикой ГУГК, заказ № 66, тираж 17 500 экз. (цена карты 2 руб. 15 коп. «старыми» деньгами)
Mənbə
- "Государственный водный реестр РФ: Уссури". 2012-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-15.
- Уссури в «Словаре современных географических названий» Arxivləşdirilib 2009-02-09 at the Wayback Machine
- Поход отряда Онуфрия Степанова
- Ussuri çayı