Usan
Usan Xan - türk, monqol və altay mifologiyasında su ilahı. Uhan Xan da deyilir. Yer üzündəki suları və su qaynaqlarını, bulaqları, mənbələri qoruyur. Suların bollaşmasını təmin edər. Qalxanı sudandır. Getdiyi yerlərdən sular fışqırar. Rəngi qırmızıdır. Monqolların 99 cənub tanrısının nümayəndəsidir. (Tatay Xan isə 77 şimali tanrısının nümayəndəsidir.)
Loson xan
Monqol və buryat mifologiyasında su tanrısıdır. Usan Xanın əmrindəki bir varlıqdır. Lus adlı su ruhları özünə bağlıdır.
Etimologiya
(Us) kökündən törəmişdir. Ağıl, müdriklik, ənginlik mənaları vardır. Monqolcada Us/Usan/Usun, Buryatcada Uha sözləri su mənasını verər.
Mənbə
- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.