Usamə ibn Zeyd

Usamə ibn Zeyd (615, Məkkə678[1], ərəb. ) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri.

Usamə ibn Zeyd
ərəb. أسامة بن زيد بن حارثة
Doğum tarixi 615
Doğum yeri
Vəfat tarixi 678[1]
Atası Zeyd ibn Harisə[2]
Anası Ümmü Əymən
Fəaliyyəti hərbi qulluqçu

Bioqrafiya

Usamənin atası Zeyd ibn Harisə Məhəmmədin həyat yoldaşı Xədicənin qulu, Usamənin anası Ümmü Əymən isə peyğəmbərin atası Abdullahın köləsi idi. Atasının ölümündən sonra Məhəmməd Ümmü Əyməni azad edir, Məhəmmədin Xədicə ilə nikahından sonra isə Zeydi ərinə verir. Məhəmməd Zeydi azad edir və Ümmü Əymənlə evləndirir. Təxminən Məhəmmədin peyğəmbərliyinin başlanğıcının 4-cü ilində (614) Üsamə Zeyd və Ümmü Əyməndən dünyaya gəlir. Məhəmməd peyğəmbərin vəfatı zamanı Üsamə təxminən 19 yaşında idi.

Məhəmməd peyğəmbər Usaməni və atası Zeydini çox sevir və ona hörmət edirdi. Usamə azlığına görə BədrUhud döyüşlərində iştirak etməmişdir. Usamə döyüşə getməyə çalışırdı, lakin Məhəmməd peyğəmbər ona bunu qadağan edir. Yalnız Xəndək döyüşündə iştirak etmək üçün Peyğəmbərdən icazəsini alır və bundan sonra müsəlmanlarla müşriklər arasında gedən bütün digər döyüşlərin iştirakçısı olur.

632-ci ildə Bizans qoşunları Şimali Ərəbistandakı yaşayış məntəqələrinə hücumlarını artırırlar. Bununla əlaqədar olaraq, Məhəmməd peyğəmbər Bizanslılara qarşı bir ordunun təchiz edilməsini və göndərilməsini əmr edir. Əbu Bəkr, Ömər, Səd ibn Əbu Vəqqas, Səid ibn Zeyd, Qatadə ibn ən-Numan və başqaları bu yürüşdə iştirak etmək niyyətində idilər, lakin gənc Usamə bu ordunun komandanı təyin edildi. Vəziyyətinin pisləşməsi və Məhəmməd peyğəmbərin vəfatı ilə əlaqədar səfərə çıxan ordu geri qayıdır. Usamə Peyğəmbərin dəfn mərasiminin təşkilində Əli ibn Əbu Talibə kömək edir. Bundan sonra xəlifə Əbu Bəkrin təkidi ilə yürüşə çıxır və Suriyaya çatır. Bu kampaniya uğurlu alınır və onun komandanlığı altında olan ordu çoxlu sayda qənimətlə geri qayıdır.

Usamə ibn Zeyd xəlifələr Əbu Bəkr və Ömərin dövründə bir çox döyüşlərdə iştirak etmişdir. Xəlifə Osmanın öldürülməsindən sonra Üsamə xilafətdəki vətəndaş müharibəsində iştirak etməmişdir. Əli ilə Müaviyənin qarşıdurması zamanı Suriyada yaşayır və heç bir tərəfə qoşulmur. Sonra Vadi əl-Kuraya (Şimali Ərəbistan) köçür və xəlifə Müaviyənin dövründə Mədinəyə yola düşür.

Mədinə yaxınlığındakı Cürf məntəqəsində vəfat edir. Ölümü zamanı onun təxminən 60 yaşı var idi.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.