Üryanoba
Üryanoba — Azərbaycan Respublikasının Xaçmaz rayonu ərazisində kənd.
Üryanoba | |
---|---|
41°27′00″ şm. e. 48°45′36″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Xaçmaz rayonu |
|
Tarixi
Üryanoba kəndi 1954-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə müvəqqəti olaraq Dağıstanın nəzarətinə verilir. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Soveti icarə müddətini 2004-cü ilə qədər uzadıb. 6 il ərzində həllini tapmayan bu məsələ 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə çözülüb və adıçəkilən kəndlər Azərbaycanın ərazisi kimi qəbul edilib.
Azərbaycanın rəsmi mövqeyi belədir ki, kəndlərdə Rusiya vətəndaşları yaşasa da, ərazi Azərbaycana məxsusdu. Sadəcə, iki dəfə otlaq sahəsi kimi Dağıstana icarəyə verilib. Xraxobada cəmi 7 ailə yaşayır. Kənd yaşıllıqlar içərisindədir. Yalnız bu kəndə yaxınlaşanda buranın yaşayış yeri olduğunu görmək olur. Geniş taxıl zəmiləri və otlaqların əhatəsində olan bu kəndlərdə torpaq bölgüsü aparılmayıb. Burada hamı bir yerdə əkib-becərir. Azərbaycan ərazisi olsa da, bu kəndlərin sakinləri özlərini daha çox rusiyalı sayırlar. Ən azından daşıdıqları pasport Rusiyanındı. Burada yaşayanların hamısı ləzgilərdir. Adamlar əsasən öz dilində danışır, rus və ləzgi dilində təhsil alır, Azərbaycanca da pis bilmirlər.
Uryanoba kəndinin sakinləri düşünürlər ki, bu kəndlər Azərbaycan ərazisində olsa da, torpaqlar Dağıstana məxsusdur. Elə pasportlarında da belə göstərilib. Bir sözlə, sakinlər yaşadıqları kəndi Rusiyanın anklavı sayırlar. Amma Azərbaycanın rəsmi mövqeyi belədir ki, adıçəkilən kəndləri anklav adlandırmaq düzgün deyil. Rəsmi Bakı istəyir ki, bu kəndlərdə yaşayan Rusiya vətəndaşları Xaçmaz rayonunda müvəqqəti qeydiyyata düşsünlər.[1] Üryanoba sakinləri bu təklifi qəbul edərək Azərbaycan ərazisində həyat və fəaliyyətlərini davam etdirməyi leqallaşdırıblar.[2]
Həmçinin bax
İstinadlar
- "Rusiya və Azərbaycan arasında sərhədlər dəqiqləşdirilib". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-11.
- "Azərbaycanın iki kəndində yaşayan Rusiya vətəndaşları ilə bağlı problem həll edilib". 2012-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-01.