Kadyak ayısı
Kadyak ayısı (lat. Ursus arctos middendorffi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü.
Kadyak ayısı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Arctoidea Fəsilə: Yarımfəsilə: Triba: Ursini Cins: Növ: Yarımnöv: Kadyak ayısı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Əsasən Kadyak adası və Kadyak arxipelaqına daxil adalarda yaşayır. Quruda yaşayan ən iri yırtıcılar sinfinə daxildir.
Göstəriçiləri
Kadyak ayısı 2,8 metr uzunluğa və 1,6 metr hündürlüyə malikdir. Yetkin ayıların çəkisi yarım tonu keçir. Ən nəhəng ayının çəkisi 780 kq olmuşdur.
Kadyak ayısı Qonur ayı növünün yarımnövünə daxildir. Onların yaşadığı ərazilər əsasən qışı qısa olması ilə fərqlənir. Onlar digər qonur ayılara xas olaraq güçlü ətraflara və əzələli bədən quruluşuna malikdir. Üstəlik quyruqlarıda nisbətən qısa olur.
Özünü aparması
Onların həyat tərzi bütünlüklə qonur ayıların həyatına bənzəyir. Nisbətən kiçik arelda yaşayırlar. Soyuq aylarda qış yuxusuna gedirlər. Onlar həm ot yeyən həmdə ət yeyəndirlər. Müxtəlif növ otlar, giləmeyvələr və ən sevdikləri qida balıqklardır. Balıqların kürü tökməsi zamanı kiçik çayların kənarına yığışırlar. Balıqlar axına qarşı üzərək yuxarıya doğru atılarkən ayılar balıqları göydə ikən ovlayırlar. Əsasən tək yaşayırlar. Çütləşmə zamanı digər ayıların özlərini apardığı kimi aparırlar. Əsasən iyun və iyul ayları çütləşirlər. Qış yuxusu zamanı, yanvar və fevral ayları körpələr dünyaya gəlir. Ana balaları üç il bəsləyir. Hazırda Şimali Amerikada ancaq Kadyak və qrizli ayıları qonur ayıların yarımnövü olaraq qəbul edilir.
Ayı və insan
Ayıların ovlanması onların sayının kəskin azalmasına səbəb olmuşdur. 1941-ci ildən Kadyak ayılar dövlət tərəfindən qorunur. İndi il ərzində ancaq 160 baş ayını ovlamağa icazə verilir. Ərazidə hal-hazırda 3000 baş ayı yaşıyır. Ayılar turisləri adalara cəlb etsədə, insanların gəlişindən hürkən ayılar qışa kifayət qədər piy toplaya bilmir və qışı keçirə bilmir.
Bu yarımnövün öyrənilsəsində Kris Morqanın böyük xidmətləri vardır.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2007.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0