Ural iqtisadi rayonu
Ural iqtisadi rayonu — Rusiya Federasiyasının 12 iqtisadi rayonundan biri. Əhalisi — 19,3 mln. nəfər, sahəsi — 824,0 min km², əhalinin sıxlığı — 24 nəfər/km².
İxtisaslaşmış sahələr
Əsas ixtisaslaşmış sahələr — neft və qaz hasilatı və emalı qara və əlvan metallurgiya, maşınqayırma (energetika, nəqliyyat, kənd təsərrüfatı), meşə, kimya, neft-kimya sənaye sahələridir. Kənd təsərrüfatında əsas sahələr taxıl və heyvandarlıq məhzulları istehsalıdır.
Coğrafi məlumatlar
Ural iqtisadi rayonu[1] Orta və Cənubi, qismən də Şimali Uralda, həmçinin Şərqi Avropa və Qərbi Sibir düzənliyinin bir hissəsini əhatə edir. İqtisadi rayonun ərazisindən Volqa çayı hövzəsinə daxil olan Kama, Vişera, Samara çayları, Ob çayı hövzəsinə daxil olan Tobol, İset, Tura və Tavda çayları, Ural çayı axır. Ural iqtisadi rayonuna daxil olan iri və orta çayların hidroenerji resurslarının potensialı 3,3 mln. kvt.-dır, Kama çayı üzərində Votlin və Kama su anbarları tikilmişdir. İqtisadi rayonun ərazisinin 43 faizi meşə örtüyünə malikdir, odun ehtiyatı — 3.5 mlrd. m³-dir.
Faydalı qazıntıları
Ural iqtisadi rayonu müxtəlif faydalı qazıntılarla zəngindir. Bu faydalı qazıntılar müxtəlif və mürəkkəb quruluşa malik olan ağır sənaye istehsal kompleksinin yüksək səviyyədə inkişafının əsasını təşkil edir. Qara və əlvan metallurgiya[2], ağır maşınqayırma, ağac emalı, mineral ehtiyatlar və qaz hasilatı ümumrusiya əhəmiyyətinə malikdir. Ural iqtisadi rayonunun sənayesi üçün xüsusilə istehsalın yüksək səviyyədə təmərküzləşməsi, sənaye tullantılarından geniş istifadə edilməsi, əsas nəqliyyat xəttlərinin kəsişməsi səciyyəvidir.
Maşınqayırma
Ural iqtisadi rayonu maşınqayırma və metal emalı məhzullarına görə ölkənin aparıcı rayonlarından biridir. Ağır maşınqayırma sahəsində Uralmaş, Cənubi Uralmaş, Buzuluk zavodları, kimya maşınqayırması sahəsində Ural kimya maşınqayırma[3] və Qlazov zavodları, elektrik avadanlıqları istehsalı və elektrotexnika sənayesi sahəsində Turbomotor, elektrik avadanlıqları zavodları xüsusilə fərqlənir. Nəqliyyat maşınqayırması Nijni Tagildə[4]. yük vaqonları, Miassda və İjevskdə avtomobil, İjevskdə və İrbitdə motosikl, Çelyabinskdə ağır traktorlar, Orskda traktor qoşquları, Neftekamskda, Kurqanda avtobus istehsalı Ural iqtisadi rayonunun əsas sənaye müəssisələridir.
Kimya sənayesi
Əsas kimya sənayesi sahələri soda istehsalı (Berezniki, Solikamsk, Sterlitamak), müneral gübrələr (Bereznikidə və Solikamskda kalium, Bereznikidə, Permdə, Krasnouralskda azot və fosfor),xlor, müxtəlif duzlar və s. sahələrdir. Ufa, Perm, Yekaterinburq, Orenburq, Salavat şəhərlərində neft-kimya sənayesi, Orsk və Qubaxada spirt, Çaykovskda sintetik kauçuk və s. sahələr inkişaf etmişdir.
Mənbə
- Герасимов Я. И. Химическая термодинамика в цветной металлургии. Т. 1–7. / Я. И. Герасимов, А. Н. Крестовников, А. С. Шахов и др. — М.: Металлургиздат, 1960–1973.
- Павленко Н. И. История металлургии в России XVIII века. Заводы и заводовладельцы. М.: Издательство АН СССР, 1962. — 566 с.
Xarici keçid
İstinadlar
- "Рельеф Урала". Физическая география России и СССР. Экологический центр «Экосистема». 2012-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-26.
- "Металлургическая промышленность в России и необходимость модернизации". 2016-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-02.
- "Новости Уралхиммаша в районных СМИ". 2013-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
- "БД ПМО Свердловской области. Город Нижний Тагил". 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.