Uqra Milli Parkı
Uqra Milli Parkı (rus. Национальный парк Угра) — mərkəzi Rusiyada, Kaluqa vilayətində, Uqra çayı dərəsində yerləşən milli park.[2] Milli park Rusiyanın səciyyəvi təbiətini qorumaq məqsədilə 10 fevral 1997-ci ildə qurulmuşdur. 2002-ci ildə biosfer qoruğu elan olunmuşdur. Milli park baş qərargahı Kaluqa şəhərində yerləşir.[3]
Uqra Milli Parkı | |
---|---|
rus. Национальный парк Угра | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 986,245 km2[1] |
Yaradılma tarixi | 10 fevral 1997 |
Çaylar | Uqra çayı, Jizdra çayı |
Faunası | sığır, çöldonuzu, Avropa cüyürü, Avropa qunduzu, ondatra, vıxuxol |
Yerləşməsi | |
54°13′46″ şm. e. 36°11′12″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | Kaluqa vilayəti |
Yaxın şəhər | Kaluqa |
parkugra.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Milli parkın sahəsi 986,245 km2 təşkil edir. Uqra Milli Parkı 3 ərazini cəmlənmiş 7 bölgəni əhatə edir.[1][2]
- Şimal hissədə Smolensk vilayəti ilə sərhəddə Uqra dərəsi yerləşir və dərə axınla üzü aşağı Kurovskoye kəndinə qədər uzanır. Bu hissə Cerjinski, İznoskovski və Yuxnovski rayonları arasında qalır.
- Cənub hissədə Jizdra çayının dərəsi yerləşir və dərə çayın mənsəbinə qədər uzanır. Bu hissə inzibati cəhətdən Kozelski və Peremişlski rayonlarının tərkibinə daxildir.
- Ən kiçik hissə olan Vorotinsk eyniadlı kəndi və Babininski ilə Peremişlski rayonlarının tərkibinə aiddir.
Milli parkda yaşayan məməlilərə sığır, çöldonuzu, Avropa cüyürü, Avropa qunduzu, ondatra aiddir. Milli parkın göllərində yaşayn vıxuxol nəsli təhlükədə olan növlərdəndir.[2]
Turizm
Milli parkın çayları kayakinq idmanı ilə məşğul olanlar arasında məşhurdur.[2]
Uqra Milli Parkı tarixi ərazidə yerləşir. Burada bir sıra tarixi abidələri görmək olar (məsələn, Optina monastırı). 1480-ci ildə bu ərazidə Moskva knyazlığı ilə Qızıl Orda arasında tarixə Uqra görüşü adı ilə düşmüş qarşıdurma baş vermişdir.[2]
Qalereya
İstinadlar
- "Общие сведения о парке" (Russian). Ugra National Park. 24 November 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.
- "Угра" (Russian). ООПТ России. 25 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.
- "Ugra". UNESCO. 23 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.
Xarici keçidlər
- parkugra.ru — Uqra Milli Parkının rəsmi saytı