Uqanda planı

Uqanda planı — Şərqi Afrika Britaniyası torpaqlarının bir qismini yəhudilərə verilməsini özündə birləşdirən plan. Plana əsasən yəhudilərə öz dövlətlərini yaratmaqları üçün geniş ərazilər verilməli idi. Təklif ilk dəfə 1903-cü ildə Böyük Britaniyanın müstəmləkələrlə bağlı məsələləri ilə məşğul olan Yozef Çemberlin tərəfindən sioinst lider Teodor Hertsla edildi. Plan indiki Keniya ərazisində yerləşən Mau platasında 13.000 km² ərazinin yəhudilərə verilməsini təklif edirdi. Uqanda planı Rusiya imperiyası ərazisində yaşanmış yəhudi qətliamlarına cavab olaraq hazırlanmışdı və yəhudilərin planı qəbul edəcəyi gözlənilirdi.[1]

Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Bir qrup təklifin qəbul ediləcəyi halda Fələstin ərazilərində yeni bir yəhudi dövlətinin yaradılmasının mümkün olmayacağını müdafiə edirdi. Yekunda 299 nəfərdən 177 nəfəri plana müsbət cavab verdilər. Növbəti il üç nəfərdən təşkil olunmuş qrup ərazinin öyrənilməsi üçün Keniyaya yola salındı. Ərazinin dəniz səviyyəsindən yüksəkdə yerləşməsi, ərazinin digər Afrika bölgələrinə nəzarən daha çox məhsuldar olması kimi səbəblər qrupda müsbət fikir yaratmışdı.

Bununla yanaşı müşahidə qrupu əraziyə çox yaxın olan bir vadidə yüzlərlə vəhşi heyvanın yaşadığını müəyyənləşdirdilər. Əsas problemlərdən biri isə gəlmələrə müsbət yanaşmayan Masai qəbiləsinin ərazidə çoxluq təşkil etməsi idi. Uqanda planı Vinston Çörçill tərəfindən İkinci dünya müharibəsi zamanı bir daha gündəmə gətirildi. Vinston Çörçill Üçüncü Reyxin təqiblərindən xilas olmağı bacaran yəhudilərin plana uyğun olaraq Afrika ərazilərinə yerləşdirilməsini təklif edirdi. Avropada fəaliyyət göstərən Sionist təşkilatlar Uqanda planın baş tutacağı təqdirdə Fələstin ərazilərinə yerləşmənin ikinici plana keçəcəyindən ehtiyat edərək plana sərt bir şəkildə etiraz etmişdilər. Nəticədə planın icrası dayandırılmışdır.

Həmçinin bax

İstinadlar

  1. "Theodor Herzl's biography at Jewish Virtual Library". 2010-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-11.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.