Uqanda
Uqanda (suah. Uganda; ing. Uganda) və ya rəsmi adı ilə Uqanda Respublikası (suah. Jamhuri ya Uganda; ing. Republic of Uganda) — Şərqi Afrikada dövlət. Uqanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Cənubi Sudan, şərqdən Keniya, cənubdan Tanzaniya, cənub-qərbdən Ruanda, qərbdən isə Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Ölkə cənub-şərqdən Afrikanın ən böyük gölü olan Viktoriya gölü ilə əhatələnmişdir. Paytaxtı və ən böyük şəhəri Kampala, ümumi sahəsi 241,038 kvadrat kilometrdir. Uqanda həm də "Afrikanın mirvarisi" adlandırılır. Ölkə Millətlər Birliyinə daxildir.
Uqanda | |||||
---|---|---|---|---|---|
suah.Jamhuri ya Uganda ing. Republic of Uganda | |||||
| |||||
For God and My Country, kwa mungu na nchi yangu, За Бог и страната ми | |||||
Himn: "Oh Uganda, Land of Beauty" Uqanda, Gözəllik Ərazisi |
|||||
Tarixi | |||||
• Böyük Britaniyadan müstəqillik | 9 oktyabr 1962 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Kampala | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Yoveri Museveni | ||||
Baş Nazir | Robinah Nabbanja | ||||
Sahəsi | |||||
• Ümumi | 241,038 km² km² | ||||
• Su sahəsi (%) | 15.39 | ||||
Əhalisi | |||||
• Əhali | 32,369,558 nəfər | ||||
• Siyahıyaalma (2014) | 34,634,650 nəf. | ||||
• Sıxlıq | 143.7 nəf./km² | ||||
• Adambaşına | $1,226 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2010) | $17.703 billion dollar | ||||
• Adambaşına | $514 dollar | ||||
İİİ (2010) | 0.422 (artış) | ||||
İnternet domeni | .ug | ||||
ISO kodu | UG | ||||
BOK kodu | UGA | ||||
Telefon kodu | +256 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][2] | ||||
1 006 Keniya və Tanzaniya. | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət quruluşu
Uqanda respublikadır. Millətlər birliyinə daxildir. Konstitusiyası 1967-ci ildə qəbul olunmuşdur. 1987-ci ilin iyulun 27-də baş vermiş hərbi dövlət çevrilişi nəticəsində Konstutisiyanin qüvvəsi dayandırılmış, paytaxtda fövqəladə hal elan olunmuşdur. Ölkəni əsasən hərbiçilərdən ibarət hərbi Şura idarə edir.
Təbiət
Səthi, əsasən ayrı-ayrı dağlar olan zəif dalğalı platodur(hünd. 1100–1500 m). Faydalı qazıntıları :mis , qalay, kobalt, volfram və s.
İqlimi ərazisinin çox hissəsində ekvatorial-mussondur. Orta alyıq tempraturu 18–25 dərəcədir. İllik yağıntı 750–1500 mm-dir.
Çaylarə ərazisindən keçən Nil hövzəsi aiddir. Əsasən qırmızı ferralit torbaqlar yayılmışdır. Bitkiləri çox yerdə yüksəkotlu savannalardan ibarətdir. Heyvanları: Fil, kərgədan, begemot, antilop, zürafə, aslan, meymun və s. Çoxlu quş, sürünən (timsah, ilan) həşərat var. Milli Parklar(Ruvenzori , Kabareqa) yaradılmışdır.
Əhali
Əhalinin 97%-dən çoxu Afrika xalqlarıdır. Avropa və Asiyadan köçüb gələn də var. Rəsmi dilləri (1973 ildən) Svahili Və ingilis dilləridir. Əhalinin tərq. 65%-i xristian,5–6%-i müsəlman, qalanları isə ənənəvi din etqatları saxlayır. İşləyən əhalinin 154,3 min nəfəri xidmət sahəsində, 61,2 min nəfəri balıqçılıqla, 58,9 min nəfər sənayedə, 44,4 min nəfəri isə tikintidə çalışır. Orta sıxlıq 1 km²-ə 57 nəfərdir. Şəhər əhalisi 7,8 %-dir. Mühüm şəhərləri: Kampala Cinca, Mbale, Entebbe və s.
Tarixi
Ümumi ərazisi Aşağı Paleolitdən məskunlaşmışdır. 13–14-cü əsrlərdə yaşayan Kitara-Bunyoro dövləti 16-cı əsrdə Buqanda, Ankole, Karaqve və s. feodal dövlətlərə parçalandı. 19-cu əsrin ortalarında, əraziyə ərəblər köçüb gəlmişlər.19-cu əsrin 2-ci yarısında B. Britaniya, Almaniya və Fransanın ekspansiya obyektinə çevrilmişdir. 1890-cı ildən başlayaraq ərazisində olan dövlətlər B. Britaniyanın protektoratı altına keçməyə başladı. XX əsrin 23–30-cu illərində milli azadliq hərəkatı genişlənmişdi. İkinci Dünya müharibəsindən sonra istiqlaliyyət uğrunda mübarizəyə Milli Konqress(1952-ci ildə yaradılmışdır), sonra isə Uqanda Xalq Konqresi (UXK 1960-cı ildə yaradılmışdır) başçılıq etmişdir. 1962-ci ilin oktyabrında Uqanda müstəqil federativ dövlət elan edildi. A. M. Obote prezident seçildi. 1962-ci ildə BMT-yə qabul olundu. 1962-ildən SSRİ ilə diplomatik əlaqələr saxladı. 1967-ci ilin sentyabrın 8-də respublika elan edildi.1971-ci ildə hərbi çevriliş nəticəsində parlament buraxıldı. Ölkədə general İdi Əminin diktator rejimi quruldu.1979-cu ilin aprelində muxalifətçi qüvvələri birləşdirən Uqanda Milli Azadlıq Cəbhəsi Tanzaniya ordusunun köməyi ilə hakimiyyəti ələ aldı. 1980-ci ilin dekabrında parlament seçkiləri nəticəsində A. M Obote yenidən prezident seçildi.
Siyasi Partiyalar və Həmkarlar İttifaqı
- Uqanda Demokratik Partiyasi(1956)
- Uqanda Xalq Konqresi(1960)
- Uqanda Vətənpərvərlik hərəkatı(1980)
- Uqanda Milli Azadlıq Cəbhəsi(1979)
- Uqanda Həmkarlar İttifaqının Milli Cəmiyyəti(1974)
Həmçinin bax
İstinadlar
- 6 // Constitution of Uganda.
- http://chartsbin.com/view/edr.