Uppsala
Uppsala şəhəri — Uppsala vilayətinin paytaxtı və Stokholm, Göteborq və Malmödən sonra İsveç Krallığının dördüncü böyük şəhəridir. 2010-cu ilin məlumatına əsasən 140,454 nəfər əhalisi var idi.
Şəhər | |||
Uppsala | |||
---|---|---|---|
Uppsala | |||
![]() | |||
|
|||
59°50′59″ şm. e. 17°38′20″ ş. u. | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 15 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +46 18 | ||
Poçt indeksi | 751 70 - 757 59[3] | ||
Digər | |||
uppsala.se | |||
| |||
![]() |
Tarixi
Qədim tarixə malik şəhər inkişafı boyu genişlənib, dəyişib və hazırda sakit idilliyalı orta əsrlər şəhərindən səsli-küylü müasir şəhərə çevrilib.[4]
Coğrafiyası
Uppsala şəhəri Stokholm şəhərindən 70 km şimalda Uppsala bələdiyyə ərazisində yerləşir.[4]
Əhalisi
200 minə qədər əhalisi var.[4]
Təhsil
Bu şəhər Skandinaviyanın ən qədim ali təhsil mərkəzlərindən biridir.[4] 1477-ci ildə əsası qoyulmuş Uppsala Universiteti Skandinaviyada ən qədim ali təhsil ocağıdır.
Din
1164-cü ildən İsveçin dini mərkəzi sayılır.
Nəqliyyat
Şəhər çox da böyük olmayan əraziyə malikdir və burada ən geniş istifadə olunan nəqliyyat növü velosipeddir.[4]
Abidələri
Şəhərdə çoxlu sayda tarixi binalar, abidələr var.[4] Qədim binaların əksəriyyəti Uppsala Universitetinin binalarıdır.[4] Şəhərdə yerləşən qədim binalardan Uppsala kilsəsini, universitet kitabxanasını, kral Qustav Adolfun adını daşıyan Qustavianum, Stora Torget, Yohann Skittin adını daşıyan Skitteanum tikililərini qeyd etmək olar.[4]
İstinadlar
- Statistiska tätorter 2020, befolkning, landareal, befolkningstäthet per tätort. Statistics Sweden, 2021.
- Statistiska tätorter 2018 – befolkning, landareal, befolkningstäthet. Statistics Sweden, 2021.
- http://www.geopostcodes.com/Uppsala_Uppsala.
- Lamiyə Əliyeva, Dünya universitetləri: Uppsala Universiteti Arxivləşdirilib 2012-05-13 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 29.04.2011, № 16. (az.)