Uot Tayler üsyanı
Uot Tayler üsyanı — İngiltərədə 1381-ci ildə Uot Taylerin başçılığı ilə baş vermiş böyük üsyan.
Üsyanın səbəbləri
Şəhərlərin artması nəticəsində, fransız feodalları kimi, ingilis feodalları da öz mülklərindən daha çox gəlir götürməyə çalışırdılar. XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi. Xalq təbliğatçıları meydana gəldi. Təbliğatçı Con Boll hamının bərabər olması ideyasını irəli sürdü və buna görə həbs olundu.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.