Vot Tayler

Vot Tayler(ing. Walter "Wat" Tyler; 4 yanvar 1341 — 15 iyun 1381) — 1381-ci ildə orta əsr İngiltərəsində baş verən böyük kəndli üsyanının başçısı.

Uot Tayler
ing. Walter "Wat" Tyler
Doğum tarixi
Doğum yeri Kent, Böyük Britaniya
Vəfat tarixi (40 yaşında)
Vəfat yeri London
Vəfat səbəbi Edam
Milliyyəti İngilis
Fəaliyyəti lider, üsyançı, inqilabçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Vot Tayler 4 yanvar 1341-ci ildə Kent qraflığında anadan olmuşdu. Dəmirçi idi. Onun gənclik həyatı «Life and Adventures of Wat Tyler, the Brave and Good» (1851) kitabın müəllifi tərəfindən əks olunub.

Vot Tayler 15 iyun 1381-ci ildə öldürüldü. 

1381-ci il üsyanın başlanması

XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi. Xalq təbliğatçıları meydana gəldi. Təbliğatçı Con Boll hamının bərabər olması ideyasını irəli sürdü və buna görə həbs olundu.

İngiltərədə feodal zülmünün güclənməsi, yoxsullar haqqında amansız qanunların verilməsi, vergilərin artırılması Vot Tayler üsyanına səbəb oldu.

1381-ci ildə Vot Taylerin başçılığı ilə kəndli üsyanı başlandı. Londonun şimalında bir neçə kəndin əhalisinin vergi yığanlara və kral məmurlarına divan tutması üsyan üçün siqnal oldu. Üsyançı kəndlilərə sənətkar,Yüzillik müharibənin iştirakçısı Vot Tayler başçılıq edirdi. Üsyançılar Londona gəlmiş, kral məsləhətçilərinə divan tutmuş, onların evlərini dağıtmışdılar. Kral Tauer qəsrində gizləndi. Xalq qəsri mühasirəyə aldı, kral kəndlilərlə görüşməyə məcbur oldu.

Üsyançılar təhkimçiliyin və biyarın ləğv olunması, torpaqdan istifadə haqqının azaldılması tələblərini krala verdilər. Kral bu vədlərin yerinə yetirilməsinə söz verdi. Lakin Vot Tayler başda olmaqla ardıcıl üsyançılar kralla yenidən görüşdülər və 2-ci tələblərini irəli sürdülər. İcmaların əlindən alınmış örüşlərin və meşələrin geri qaytarılmasını, yepiskopların və monastırların torpaqlarının müsadirə olunub kəndlilər arasında bölüşdürülməsini, İngiltərədə bütün adamlara hüquq bərabərliyi verilməsini tələb etdilər. Danışıq zamanı əyanlar Vot Tayleri öldürdülər. Con Boll edam edildi, üsyançılara divan tutuldu.

Üsyan məğlub oldu. Çünki kəndlilər arasında birlik və mütəşəkkillik yox idi,onlarda yaxşı krallara inam güclü idi. Lakin üsyan nəticəsiz qalmadı: XIV əsrdə bütün kəndlilərin ödənc müqabilində şəxsi asılılıqdan azad olması başa çatdı, feodallar kəndliləri bir daha biyara cəlb edə bilmədilər, yoxsullara qarşı amansız qanunlar yumşaldıldı.

Ədəbiyyat

  • Мортон, А. Л. История Англии. М.: Издательство иностранной литературы, 1950. — 462 с.
  • Парнов Е. Под ливнем багряным: Повесть о Уоте Тайлере. М.: Политиздат, 1988. — 447 с. (Серия «Пламенные революционеры»)
  • Андрей Глоба. Уот Тайлер. Поэма. Иллюстрации М. Соломонова Петербург Гос. Изд-во Петербург 1922.- 78 с.
  • Петрушевский Д. М. «Восстание Уота Тайлера». Ч. 1—2, Спб.; М., 1897—1901; М., 1937.
  • Life and adventures of Wat Tyler, the good and the brave. L.: Collins Publishing, 1851.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.