Universal onluq təsnifat dili

Universal onluq təsnifat dili — Universal onluq təsnifat (UOT) əsasən onluq prinsipinə görə qurulmuşdur, yəni bütün biliklər sahəsi ardıcıl olaraq 10 sahəyə bölünür. Bu sistemdən istifadə etməklə, istənilən sənədi indeksləşdirmək olar. Universal ona görə deyirlər ki, o bütün insan fəaliyyətini əhatə edir, onluq isə onun indeksinin 10 hissəyə bölünmə prinsipinə görə qurulmasıdır. Burada bütün anlayışlar (təsnifat obyektləri) UOT-a görə 2 qrupa bölünür: əsas və köməkçi. Əsas anlayışlar, ərəb rəqəmlərindən ibarət olan indekslərlə əks olnur. Onlar sistemlənmiş qaydada UOT cədvəlində göstərilir. Bu cədvəldə bütün anlayışlar 10 əsas bölmələrlə təsvir olunur. Həmin bölmələr 0-dan 9-a qədər rəqəmlərlə nomralanır və onların hər biri iyerarxik prinsipinə əsasən ümumidən başlayaraq alt bölmələrə bölünür. Burada axtarışın keyfiyyətli aparılması xatirinə hər bir bölmə, alt bölmə və s. müəyyən əlamətlərə və ya onların tez-tez istifadə olunmalarına görə 10-dan böyük olmayan 10 hissəyə ardıcıl olaraq qruplara bölünür. Bununla praktiki indeksləşdirmə məqsədi ilə qruplara bölmə sayı alınır (müxtəlif əlamətlərə görə).

Məsələn, iki rəqəmli sıra üçün, 5 və 6 bölmələri üçün UOT aşağıdakı kimi göstərilə bilər:

        5   Riyaziyyat. Təbii elmlər.
        50  Riyaziyyatın və təbii elmlərin ümumi sualları
        51  Riyaziyyat.
        52  Astronomiya. Geodeziya
        53  Fizika
        54  Kimya.
        55  Geologiya və ona qohum elmlər.
        56  Palentologiya.
        57  Biologiya elmləri.
        58  Botanika.
        59  Zoologiya
         6   Tətbiqi elmlər
         60  Tətbiqi biliklərin
         61  Tibb
         62  Texnika. Mühəndis işi.
         63  Kənd və meşə təsərrüfatı. Ovçuluq. Balıqtutma.
         64  Ev işləri.
         65  Sənayenin, rabitənin və nəqliyyatın təşkili və idarə edilməsi.
         66  Kimya və ona qohum sənaye sahələri. Kimya texnologiyası.
      67/68    Sənayenin və sənətin(peşənin) müxtəlif sahələri.
         69  Tikinti məhsulları və işləri. Tikinti.

Əsas indekslər UOT-da onluq kəsr kimi baxılır. Onların uzunluğu bölmələrin iyerarxiyasını göstərir. Belə ki, eyni ranqdan olan predmetlərin və ya fənnlərin indeksləri eyni uzunluqda olmalıdır. İndekslərin yaxşı oxunması üçün hər 3 rəqəmdən sonra nöqtə işarəsi qoyulur. Oxunma zamanı həmin nöqtələr oxunmur. İndeksi oxuyan zaman “pauza” və ya ara verilir. UOT-un istənilən indeksinin sonunda nöqtə qoyulmur.

    6	                 Tətbiqi elmlər
    62                  Mühəndis işi. Texnika
    621                 Maşınqyırma
    621.7               Plastik forma quraşdırma və materialların emalı
    621.78              Qızdırma. Termik emal. Materialların üstlərinin möhkəmləndirilməsi
    621.783             Peçlər, vannalar, qızdırma və möhkəmlik üçün başqa qurğular
    621.783.2           Peçlar
    621.783.23          Qaldırıcısı olan peçlər
    621.783.237         Tunel peçləri.

Elm və texnikanın böyük sürətlə inkişaf etməsi indekslərin iyerarxiya anlayışları və qarşılıqlı əlaqələri dayışır. Ona görə də UOT-un cədvəlində iyerarxiya pilləri şərti hesab olunur. UOT cədvəlinin əsas indeksləri köhnələn kimi dəyişdirilir və dəqiqləşdirilir. UOT-un əsas indekslərinin bölünməsi zamanı yaxşı olar ki, 2, 3, 4,...,8 indekslərindən istifadə olunsun və 1 ilə 9 ehtiyatda saxlansın. Yəni detalların hazırlanmasında yaxşı olar ki, səkkiz indeksdən istifadə olunsun, hansı ki, onlar “oktan prinsipi” adını daşıyır. Bundan başqa formaların, dillərin, yerlərin, vaxtların və vaxtlara nəzərən aspektlərin ümumi təyinatlarını fərqləndirirlər. Formaların təyinediciləri (0...) kimi qeyd olunur və “mötərizə sıfır” kimi oxunur. Məsələn: (01) Elmlərin nəzəriyyəsi və ya predmeti (fənni) Dilin təyinedicisi (...) təyin olunur. Oxunur “=işarəsi” Məsələn: =956 Yapon dili (dilin ümumi təyinedicisi) Yerin təyinedicisi (...) təyin olunur. Oxunur “mötərizələr”. Mötərizələrin içərisində rəqəmlər yazılır. Məsələn, (44) yerin göstəricisi “Fransa”-nı təyin edir. Vaxtın təyinedicisi «0..» kimi yazılır və “apostroflar” kimi oxunur. Məsələn: «1905.01.09» göstərir ki, 9 yanvar 1905-ci il Bundan başqa ümumi təyinedicilərdən vaxtlara nəzərən, aspektlər əsas göstəricilərdən biridir. O, .00. kimi göstərilir və “nöqtə, sıfır, sıfır” kimi oxunur. Məsələn:

                   .001 Nəzəri görünüş nöqtəsi
                   .001.11 Anlayışın təyin edilməsi (qeyd etmə). Terminologiya.

Yuxarıda göstərilən indekslərin detallaşması ilə yanaşı UOT-un əsas indeksinin alfavit-rəqəm ixtiyari bölünməsindən də istifadə olunur. Məsələn, “Uçan aparatlar” anlayışı (629.7 “Aviasiya, Kosmonavtika, Raket texnikası”) konstruktiv fikrə görə uçan aparat, ayrı-ayrı maşınların adlarına, kosmik uçuşların adlarına, raketlərin növlərinə və başqa əlamətlərə görə bölmək olar. Məsələn: 629.735.33 AH-10 AH-10 növlü təyyarə 629.735.33 Antey Antey tipli (növlü) təyyarə 629.764 Kosmik gəmilərin raket-daşıyıcıları 629.764 Apollon Apollon sistemində istifadə olunan raket-daşıyıcıları

Beləliklə, UOT-un cədvəlindən istifadə etdikdə onun müsbət və mənfi cəhətlərini nəzərə almaq lazımdır. Sistemin yaxşı (müsbət) cəhətləri kimi aşağıdakıları göstərmək olar: 1. Elm və texnikanın bütün sahələri əhatə etməsi. 2. Klassifikasiyanın əsas quruluşunu pozmadan ona bölmə prinsipi ilə bütün anlayışların sonsuz sayda alt siniflərə bölünməsi 3. Yalnız indeks kimi rəqəmlərdən istifadə olunməsi belə ki, müxtəlif dillərdə danışan insanlar tərəfindən asan oxunur və yadda saxlanır. 4. Anlayış sisteminin geniş əldə olması. 5. İndekslərin quruluşunda kombinasiya prinsipinin istifadəa olunması. 6. İstənilən sayda sanədin ixtiyari bölmə dəracəsinə görə sistemləşməsinin mümkünlüyü.

Sistemin mənfi və ya çatışmayan cəhətləri kimi aşağıdakıları göstərmək olar. 1. İnsan biliyinin cəminin yalnız 10 hissəyə bölünməsi. Bu cür onluq klassifikasiyaya bölmə şərti qəbul olunur və prosesi mürəkkəbləşdirir. 2. Çox vaxtı eyni anlayışların müxtəlif indekslərlə göstərilməsi baxmayaraq ki, onların hər biri düzgün yazılışdır. Nəticədə onu demək olar ki, UOT-dan istifadə edən şəxs adətən ya sənədlərin müəlliflərinin adlarına görə, ya da sənədlərin məzmunlarına görə axtarış apara bilərlər.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.