Unibank

Unibank – 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş və Azərbaycanda fəaliyyət göstərən ən iri özəl banklarından biridir.

Unibank
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Açıq Səhmdar Cəmiyyət
Sənaye bank
Təsis tarixi 2002
Əvvəlki adı MBank, PROMTEXBANK
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 165.000.000 $
Xalis mənfəəti
  • 30.000.000 $
Struktur
İşçi sayı 1000-dən çox
Rəhbərlik
Rəhbərlik

Eldar Qəribov - Müşahidə Şurasının sədri

Fərid Abuşov - İdarə Heyətinin sədri
unibank.az

Haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir[1].

Unibank müştəriyönümlü bank olaraq əsas fəaliyyət istiqamətlərini müştərinin istəkləri, ehtiyacları və rahatlığı üzərində qurub. Müştərinin istəklərindən, tələblərindən irəli gələrək çıxılan bu yol, onu dinləyərək daim inkişafa aparır.

Missiya

Unibankın missiyası, müştərilərin ilk seçimi olmaq və müştərilərə yönəlik (müştəri yönümlü) maliyyə xidmətləri və innovativ həllər təqdim etməklə, bütün maraqlı olan tərəflər üçün uzunmüddətli dəyər yaratmaqdır.[1]

Bank məhsulları

Albalı kart

Albalı Kart - 4 bank məhsulunu özündə birləşdirən beynəlxalq kartdır. Azərbaycan kart bazarı üçün bir ilk olan Albalı beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu:güzəşt müddətli kredit xətti, taksitli ödəmə imkanı olan Albalı kartı, depozit və debet kartı özündə birləşdirir. Hal-hazırda bu kartın satışı dayandırılıb.[2]

UBank

UBank 24/7 bank xidmətlərinə çıxışı smartfonda təmin edən mobil tətbiqdir. Ödənişləri banka gəlmədən, smartfonda bir toxunuşla həyata keçirmək mümkündür.[3]

Leobank

Leobank Azərbaycanın ilk neobankı, 2021-ci ildə istifadəyə verilmiş  Unibank  kommersiya bankının mobil tətbiqidir. Leobank kartları ilə birbaşa tətbiqdə kredit limiti əldə edə, şəxsi vəsaiti saxlaya, keşbek ala və müxtəlif ödənişlər etmək olar.

UCard

UCard — kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartdır. UCard Unibank müştərisinə istər ölkə daxilində, istər xaricdə tək kart məhsulu ilə istədiyi əməliyyatları etmək, debet və kredit imkanlarından rahatlıqla istifadə imkanı yaradır, hər 4 hesabdan əməliyyat etmək, bank hesablarını görmək, UCard-ın əsas hesabını seçmək mümkündür[4].

Mükafatlar

  • Deloitte & Touche LLC şirkətinin araşdırmasına əsasən Unibank Mobile (UBank) MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub[5].
  • "Markswebb" agentliyinin araşdırmasına əsasən Unibank Mobile (UBank) Azərbaycanda ən yaxşı mobil bank əlavəsi hesab olunur.[6]
  • UBank — NETTY2018 National Internet Award NETTY2018 Milli İnternet Mükafatının "İlin Mobil Əlavəsi" nominasiyasında qalib seçilib. Həmçinin UBank tətbiqi "NETTY2021" Milli İnternet Mükafatının Biznes və Maliyyə nominasiyası üzrə "İlin ən yaxşı mobil tətbiqi" olaraq seçilib.[7]

Rəhbərlik

  • Eldar Qəribov – Müşahidə Şurasının sədri
  • Faiq Hüseynov - Müşahidə Şurasının üzvü, Müşahidə Şurasının sədrinin müavini
  • Emin Quliyev – Müşahidə Şurası sədrinin müavini
  • Elxan Qəribli – Müşahidə Şurasının üzvü
  • Kamen Zaxariyev – Müşahidə Şurasının üzvü[8]
  • Fərid Abuşov – İdarə Heyətinin sədri, İcraçı Direktor
  • Heybət Qədirov - İdarə Heyətinin üzvü, İdarə Heyəti Sədrinin müavini, İcraçı Direktorun birinci müavini
  • Faiq Zeynalov – İdarə Heyətinin üzvü, Maliyyə üzrə Direktor, Baş maliyyə inzibatçısı
  • Emin Rəsulzadə - İdarə Heyətinin üzvü 
  • Tural Həsənov – İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı

Həmçinin bax

İstinadlar

  1. "Bank haqqında" (az.). unibank.az. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25.
  2. Unibank. "Unibank". unibank.az (English). 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
  3. "UBank / Unibank". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  4. "Review of digital developments launched in Azerbaijan in 2022" (ingilis). businesslend.com. 13 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 apr 2023.
  5. "УКРАИНА И АЗЕРБАЙДЖАН НЕ ВОШЛИ В ТОП-10" (rus). markswebb.ru. 30 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 apr 2023.
  6. "Mobile Banking Rank CIS 2017". markswebb.ru (rus). 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
  7. "NETTY - National Internet Award". www.netty.az. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
  8. ""Unibank"ın rəhbərliyində dəyişiklik olub" (az.). Report İnformasiya Agentliyi. 2018-06-14. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.