UniPage
UniPage — təhsil sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatdır. UniPage, yerində "peycinq" (səhifələmə) sistemlərini istehsal edən və yayan Avstraliya şirkətidir. UniPage təhsil müəssisələrinə tələbələrin qəbulu proseslərini optimallaşdırmaq üçün müxtəlif alətlər və texnoloji həll yollarını işləyib hazırlayır və tələbələrə, onların valideynlərinə və təhsil müəssisələrinin nümayəndələrinə təqdim edir.
UniPage xaricdə təhsil imkanları haqqında məlumatların yayılmasını, habelə qrant və digər maliyyə yardımlarının alınmasını təmin edir.
Beynəlxalq agentlik olaraq, UniPage xaricdə ali təhsilə müraciət etmək istəyənlərə, yəni ali təhsil müəssisələri, dil məktəbləri, universitetlər, təlim mərkəzləri və biznes məktəbləri üçün müraciət etmək istəyənlərə xidmət göstərir. Agentlik xarici ərizəçilər üçün fəaliyyət göstərir. Bundan əlavə, xaricdə təhsil haqqında tam və əsl məlumatları təqdim edir.
Yaranma tarixi
Layihə 1995-ci ildə Sidney Universitetinin tələbələri tərəfindən aituriyentlərə Avstraliya ali məktəblərinə qəbul prosesində kömək göstərmək məqsədilə [1] yaradılıb. Layihənin adı «UniPage» «Uni» («university» universitet) və «Page» (ingilis dilində «page» - səhifə) sözlərinin birləşməsi ilə yaranıb. Kompaniyanın Baş qərargahı Sidney şəhərində (Yeni Cənubi Uels ştatı, Avstraliya) yerləşir.
İnternet saytı 2013-cü ilin avqust ayında işə salınıb. Hazırda UniPage portalı, Alexa reytinqinə görə, dünyada 68 754-ci, Rusiyada 4 289-cu yeri tutur.[2]. Yarandığı vaxtdan bəri UniPage xeyli inkişaf etmiş və müstəsna xidmət göstərməyi, məhsuldar xidmət göstəricisi ilə özünü dünyada tanıtmışdır.
Abituriyentlərlə iş
Xarıcdə oxumaq istəyən abituriyent onu maraqlandıran, narahat edən bütün suallarına (Ərizəni necə verməli? Xaricdə - müxtəlif ölkələrin müxtəlif universitetlərində təhsil neçəyədir? Xarici universitetlər arasında necə seçim etməli? Xaricdə təhsili nə vaxt planlaşdırmalı? Xaricdə oxumaq istəyirəmsə, nədən başlamalı? Dili yaxşı bilməyən abituriyent xaricə oxumağa gedə bilərmi? Bir və ya bir neçə təhsil proqramına iddia etmək olarmı? və s.) UniPage-ə müraciət etməklə, cavab tapa bilir.
UniPage xidmətlərindən istifadə etməklə, abituriyent və onun valideynləri xarici təhsil müəssisəsinin seçilməsi, sənədlərin hazırlanması, qəbul prosesində ortaya çıxa biləcək bütün problemlərin həlli ilə bağlı məsələləri həll edir.
Bu sahədə əldə edilən təcrübə nəticəsində UniPage dünyanın qabaqcıl, aparıcı məktəb, kollec və universitetləri, qəbul prosesinin bütün incəlikləri barədə məlumatlara malikdir.
Tədqiqatlar və nəşrlər
Abituriyentlərə və təhsil müəssisələrinə köməkdən əlavə, kompaniya həm də beynəlxalq təhsil haqqında bir növ ensiklopedik məlumat bürosu funksiyasını yerinə yetirir - kompaniya bu sahədə 2 000-dən artıq məqalə hazırlayıb istifadəçilərin ixtiyarına verib [3], həmin məqalələrin sırasında, eləcə də, xarici ölkələrdə təhsil haqqında özünün apardığı tədqiqatların nəticələri də nəşr olunur [4]:
- Universitet və kolleclərin dünya reytinqi;
- Uzaqdan (Distansion) təhsil proqramları reytinqi;
- Tələbə şəhərlərinin reytinqi;
- Biznes-məktəblərin və biznes-proqramların reytinqi MBA;
- Munisipial kolleclərin reytinqi;
- Ödənişsiz təhsil sistemli universitetlərin reytinqi;
- Dünyada beynəlxalq tələbə komitələrinin statistikası;
- Təhsil agentliklərinin statistikası.
Universitetlərin reytinqi
UniPage, universitetlərin klassik reytinq anlayışından fərqli olaraq, daha geniş diapazonlu faktorlar nəzərə alınmaqla çoxölçülü reytinqini yaratmağa nail olmuş, bu yol ilə 23 min təhsil müəssisəsinin fəaliyyətini təhlil edərək, onları ranqlara bölə bilmişdir. Bu sahədə əldə etdiyi nəticələri UniPage geniş istifadəçi auditoriyasına təqdim edir [5][6][7]. Bu zaman təhsilin, elm öyrətmənin və elmi-tədqiqat fəaliyyətinin keyfiyyət göstəriciləri əsas götürülür. Qiymətləndirməyə 4 700 Avropa, 8 950 Asiya и 4 937 Şimali Amerika universitetləri daxil edilib, bu da UniPage-in öz reytinqini yüksəldir və onu dünyanın ən yaxşı təhsil müəssisələrinin ən genişmiqyaslı reytinqi kimi tanıdır. Bunun nəticəsidir ki, hər ay UniPage səhifəsindən 320 min istifadəçi yararlanır.[8]
UniPage-n hazırladığı "Ali məktəblərin reqtinqi"nə daxil olan universitetlərin regionlar üzrə bölüşdürülməsi (2015-ci ilin sonuna görə):
Region | Top 100 | Top 200 | Top 500 | Top 1000 | Cəmi |
---|---|---|---|---|---|
Şimali Amerika | 41 | 68 | 132 | 243 | 4 931 |
Avropa | 38 | 86 | 215 | 380 | 5 678 |
Asiya | 14 | 34 | 104 | 249 | 8 946 |
Cənubi Amerika | - | 2 | 14 | 69 | 2 433 |
Okeaniya | 7 | 10 | 30 | 41 | 285 |
Afrika | - | - | 5 | 18 | 1 439 |
Cəmi | 23 712 |
İstinadlar
- "New routes to higher education" (ingilis). The University of Sydney. 2015-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.
- "Site Overview" (ingilis). Alexa Internet. 2015-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
- "Международное образование — Список публикаций" (rus). UniPage. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
- "Статистика и исследования" (rus). UniPage. 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
- "Arxivlənmiş surət". 2017-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-04.
- "Arxivlənmiş surət". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-04.
- "Рейтинг высших учебных заведений 2015" (rus). UniPage. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
- "UniPage at WI" (ingilis). Informer Technologies, Inc. 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
Xarici keçidlər
https://www.unipage.net/en/company
"Rəsmi sayt" (rus). UniPage. 2015-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.
unipage.net Arxivləşdirilib 2016-05-14 at the Wayback Machine