Uncharted: Golden Abyss
Uncharted: Golden Abyss — döyüş-macəra platforma videooyunu, "Uncharted" seriyasının dördüncü oyunu. PlayStation Vita üçün satışa çıxarılan ilk portativ videooyunudur. Naughty Dog nəzarəti ilə SIE Bend Studio tərəfindən hazırlandı etdirildi. Oyun Yaponiyada 2011-ci ilin Dekabrın 17-də satışa çıxarıldı. 2012-ci ilin 14 Fevralında Şimali Amerikada, 22 Fevralında Avropada, 23 Fevralında Avstraliyada bazara sürüldü.[1][2]
Uncharted: Golden Abyss | |
---|---|
Hazırlayanlar | Bend Studio[d] |
Yayımlayanlar | Sony Interactive Entertainment |
Seriya | Uncharted |
Buraxılış tarixləri | 17 dekabr 2011 |
Janr | döyüş-macəra oyunu, platform oyunu |
Prodüser |
|
Texniki məlumat | |
Platforma | PlayStation Vita[d] |
Oyun rejimi | birnəfərli oyun |
Daşıyıcı | PlayStation Vita[d] |
Rəsmi saytı |
Endiriləbilən Məzmun
"Xəzinə xəritəsi" endiriləbilən məzmunu (EBM), oyunçuların toplanabilən əşyaları asanlıqla tapmaqları üçün hər bir hissəyə xəzinə xəritəsi əlavə edir.
Musiqisi
Uncharted: Golden Abyss-un musiqiləri Sony PlayStation'nın Klint Bayakyan tərəfindən bəstələndi və Neşvil'dəki Ocean Way Studios'da tam orkestr ilə yazılan ilk böyük videooyunu bəstəsi idi.
Mükafatlar
Uncharted: Golden Abyss ilk mükafatını satışa çıxarılmadan əvvəl Gamescom 2011-ci ildə Ən Yaxşı Mobil Oyun adlı mükafatı aldı[3]. Həmçinin Computec Games Award'da Ən Çox Axtarılan Mobil Oyun olaraq adlandırılmışdır.[4]
İstinadlar
- "Portable Uncharted" Arxivləşdirilib 2012-08-05 at the Wayback Machine. PS3 Maven. 2011-03-07.
- Brayn Krekente (2 İyun, 2011). "Uncharted Golden Abyss Delivers a Home Console Experience" Arxivləşdirilib 2019-10-31 at the Wayback Machine. Kotaku. Gawker Media. 2011-ci ilin Mayın 31-də alındı.
- "Press releases 2011" Arxivləşdirilib 2012-04-26 at the Wayback Machine. gamescom. Alındı 2011-12-22.
Uncharted: Golden Abyss, Ən Yaxşı Mobil Oyun, Sony Computer Entertainment
- "BÄM! Der COMPUTEC Games Award" Arxivləşdirilib 2017-05-12 at the Wayback Machine. Bam Mükafatı. Alındı 2011-12-22.