Li Siçonq

Li Siçonq (Uyğ. — Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi.

Həyatı

Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu.

Çindəki həyatı

İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi. Uge xanın Umusun Çindən qaytarılması tələbinə məhəl qoymayan imperator Umusu Kuy Yiçün (歸義軍 — Haqqa təslim olan ordu) ordusu verdiyi uyğurlardan ibarət bir orduya rəhbər təyin etdi. Umus bundan sonra imperatorun ona verdiyi Li Siçonq adından istifadə etməyə başladı.

842-ci ildə Uge xaqana qarşı səfərbərliyə başlayan imperator Li Şiçonqu Kibilər, Şato türkləri və Tuyuhunlardan ibarət bir ordunun sərkərdəsi təyin etdi. 843-cü ildə sərkərdəlikdən imtina etdi. Ölüm tarixi bilinmir.

Ailəsi

Çindexanın oğlu idi. Umus Çinə öz qardaşları ilə birgə köçmüşdü — Alçı, Sivçu və Vulusi Çinə gəldikdən sonra çin adlarını qəbul etdilər — Li Siçen (李思貞), Li Siyi (李思義) və Li Sili (李思禮).

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.