Umm-əl-Buaqi
Umm-əl-Buaqi (ərəb. أم البواقي) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Umm-əl-Buaqi | |
---|---|
35°52′14″ şm. e. 7°06′54″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 902 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +213 32 |
Poçt indeksi | 04000 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Şəhər Roma dövründə qurulmuşdur, 411-ci ildə Karfagen kafedralının sənədlərində "Makomada" və ya "Makomadiya" adı ilə qeyd edilmişdir.[1] Fransa hökmranlığı dövründə şəhər general Fransua Sertin Kanrobertin şərəfinə Kanrobert adlandırılmışdır. Ölkə müstəqillik əldə etdikdən sonra indiki adını almışdır. Bu ad ərəb dilində "yerlilərin anası" mənasını verir. Alimlərə görə, bu, şəhərin bərbər dilindəki adının təhrid edilmiş variantıdır.[2]
Coğrafi mövqe
Şəhər vilayətin mərkəzi hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 902 metr yüksəklikdə yerləşir.[3]
Umm-əl-Buaqi ölkənin paytaxtı Əlcəzairdən təxminən 375 kilometr şərq-cənub-şərqdə yerləşir.
Əhalisi
Siyahıyaalmaya əsasən, 2008-ci ildə əhalinin sayı 80,359 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası:[4]
1977 | 1987 | 1998 | 2008 | 2012 |
---|---|---|---|---|
15,123 | 36,937 | 59,795 | 80,359 | 94,507 |
Nəqliyyat
Eyniadlı hava limanı şəhərdən 7 kilometr şərqdə yerləşir.[3]
İstinadlar
- "L'étymologie du mot « Macomades », ancien nom de la ville d'Oum El Bouagui" (fransız). inumiden.com. 2015-07-13. 2017-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-23.
- "Oum El Bouaghi ou l'absurdité d'un toponyme" (fransız). Inumiden.com. 2016-06-21. 2017-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-23.
- "Oum el Bouaghi, Algeria Page" (ingilis). Fallingrain Global Gazetteer. 2013-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.
- "Oum Bouaghi" (ingilis). World Gazetteer. 2013-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.