Umbay Əmirov

Umbay Əmirov (Umbay Abbas oğlu Əmirov; d.1899 — v.?) — Cümhuriyyət tələbəsi, həkim, Azərbaycan SSR Səhiyyə Nazirinin müavini.

Umbay Əmirov
Əmirov Umbay Abbas oğlu
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1958
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı Dilarə Səfərova
Uşaqları Rasim, Arif, Beyim
Təhsili Odessa Universiteti

Həyatı

Umbay Abbas oğlu Əmirov 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi. 1916-cı ildən Odessa Universitetində təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmışdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini tibb sahəsində davam etdirmək üçün yenidən həmin universitetə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.[1] Azərbaycan SSR-nin səhiyyə nazirinin müavini vəzifəsində çalışmışdı.

Ailəsi

Umbay Əmirov Dilarə Səfərova ilə ailə qurmuşdu. Rasim və Arif adlı iki oğlu, Beyim adlı qızı vardı.

Mənbə

  • Ənvər Çingizoğlu, Əmirovlar: Rəiyyətlikdən tacirliyə qədər, "Soy" dərgisi, 6 (26), 2009.

Xarici keçidlər

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, s. 364
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.