Umayra Tağıyeva
Umayra Tağıyeva (tam adı: Umayra Rauf qızı Tağıyeva; 3 aprel 1968, Bakı) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (2018–2023).[1] Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər ekologiya və təbii sərvətlər nazirinin müavini (2023-cü ildən).[1] Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun sabiq müdiri (2018), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi. Coğrafiya üzrə fəlsəfə doktoru.
Umayra Tağıyeva | |
---|---|
Umayra Tağıyeva Rauf qızı | |
Doğum tarixi | 3 aprel 1968 (55 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Rauf Tağıyev |
Elmi dərəcəsi | coğrafiya üzrə fəlsəfə doktoru |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Ramiz Məmmədov |
Tanınır | iqlimşünas |
Mükafatları |
"Qızıl medal" "Fərqlənmə diplomu" "Əməkdar mühəndis" "Fəxri fərman" |
Həyatı
Tağıyeva Umayra Rauf qızı 3 aprel 1968-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.1985-ci ildə Bakı şəhəri 6 saylı məktəbi bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-fizika fakültəsinə daxil olmuş, 1990-cı ildə Universiteti Fərqlənmə diplomu ilə bitirmişdir.[2]
Fəaliyyəti
Əmək fəaliyyəti
1990-cı ildə əmək fəaliyyətinə Azərbaycan Hidrometereologiya İdarəsinin (1992-ci ildən Azərbaycan Dövlət Hidrometereologiya Komitəsi) Proqnozlar bölməsində texnik-sinoptik vəzifəsindən başlamış, sonra mühəndis, aparıcı mühəndis, 1993-cü ildən Uzunmüddətli proqnozlar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1998-ci ildə Azərbaycan Qadınlarının Birinci Respublika Qurultayının nümayəndəsi olmuşdur.2001-ci ildə Respublika Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007–2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.
2008–2011-ci illərdə Birləmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi olmuşdur. 2007-ci ildən hazırkı vaxtadək Ümumdünya Metereologiya Təşkilatında Azərbaycanın Daimi nümayəndəsidir. 1998-ci ildən bir sıra beynəlxalq, regional, milli proqram və layihələrdə ekspert və qrup rəhbəri, 2006–2009-cu illərdə İqlim Dəyişmələri üzrə İkinci Milli Məlumatı Koordinatoru olmuşdur. Fəaliyyət göstərdiyi müddətdə keçirilən beynəlxalq konfrans, simenar və treninqlərdə iştirak etmişdir. 15 elmi məqalənin müəllifi, 2 elmi əsərin həmmüəllifi, olmuşdur. Coğrafiya üzrə fəlsəfə doktorudur. U. R. Tağıyeva 26 yanvar 2015-ci ildən AMEA akad. H. Ə. Əliyev adına Coğrafiya institutunun iqlimşünaslıq və aqroiqlim şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.[3] 2018-ci ildə bir müddət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun müdiri vəzifəsində çalışmışdır.[4]
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (10 dekabr 2018 – 30 iyun 2023)[5][1].
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər ekologiya və təbii sərvətlər nazirinin müavini (2023-cü ildən)[1].
Elmi əsərləri
Umayra Tağıyeva 3 kitab, bir çox elmi məqalələrin müəllifidir.
- UmayraTaghiyeva, Xuebin Zhang, Enric Aguilar, SerhatSensoy and others. Trends in Middle East climate extreme indices from 1950 to 2003. JOURNAL OF GEOPHYSICAL RESEARCH, D22104, 12 PP., USA, 2005doi:10.1029/2005JD006181. VOL. 110.
- Тагиева У.Р. Многолетние изменения температуры воздухав Гянджа-Газахском экономическом районе Азербайджана.Вестник Кыргызско-Российского Славянского Университета. Том 10, № 12. Бишкек, 2010, s. 148–156.
- ГадиуевУ.Дж.,Тагиева У.Р. Некоторые закономерности распределения температуры воздухана территории Гянджа-Газахского экономического района. BakıUniversitetininXəbərləri. № 4. Bakı, 2010.
- M. G. Akperov, I. I. Mokhov, U. Tagiyeva, M. A. Dembitskaya. Cyclone/anticyclone activity over the Caspian Sea basin // Research Activities in Atmospheric and Oceanic Modelling. E. Astakhova (ed.), WCRP Report № 16/2017, 2017.
Kitabları
- AliyevI., TaghiyevaU., KarabakhlyE., MehdiyevB. Educational Proqramme on climate change and conservation of agro-biodiversity for decision-makers and population. Educational Proqramme. UNDP in Azerbaijan and GEF. Baku, 2013, 86 p. (Azərbaycan və ingilis dillərində).
- Tağıyeva U. R., Əhmədova C. N. Tibbi-meteoroloji proqnozların hazırlanması üçün metodik vəsait (azərbaycan və ingilis dillərində). Bakı, 2015, 44 s.
Mükafatları
- "Qızıl medal"
- "Fərqlənmə diplomu"
- 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmiş,
- 22 may 2009-cu ildə isə ölkə Prezidentinin 298 saylı Sərəncamı ilə Respublikanın Əməkdar Mühəndisi fəxri adına layiq görülmüşdür.
- 22 may 2020-ci ildə Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə Umayra Tağıyeva III dərəcəli "Əmək" ordeni ilə təltif edilib[6].
Həmçinin bax
İstinadlar
- "Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin edilib". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-01.
- B. Budaqov Azərbaycanın Coğrafiyaçı alimləri
- B. Budaq Azərbaycanın Coğrafiyaçı alimləri .
- APA TV. "Umayra Tağıyeva nazirliyə qaytarıldı" (az.). Youtube.com. 03.05.2018. İstifadə tarixi: 2018-05-03.
- Aynur Osmanqızı. "Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub" (az.). Report.az. 10.12.2018. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.
- Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (az.)