Umar Əfəndiyev
Umar Əlixan oğlu Əfəndiyev (4 fevral 1950, Balakən rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Umar Əfəndiyev | |
---|---|
30 sentyabr 1996 – 30 noyabr 2000 | |
Seçki dairəsi | 54 saylı Balakən |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Rəbiyyət Aslanova |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 fevral 1950 (74 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Həyatı
Umar Əfəndiyev 1950-ci il fevralın 4-də Balakən rayonunda anadan olub. 1967-1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Mühəndis-inşaatçıdır. 1972-1973-cü illərdə Balakən Rayon Tikinti Quraşdırma İdarəsində usta, 1973-1980-ci illərdə Balakən şəhərindəki 140 saylı texniki peşə məktəbində direktor müavini, 1981-1986-cı illərdə isə həmin məktəbin direktoru vəzifələrində işləmişdir.[1]
Milliyətcə avardır.[1]
Fəaliyyəti
Umar Əfəndiyev 1996-cı il iyulun 21-də 54 saylı Balakən seçkidairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı seçilmişdir.[1][2] 1997-ci il martın 7-dən Azərbaycan—Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, 2000-ci il fevralın 1-dən isə Milli Məclisin İntizam Komissiyasının üzvü idi.
Umar Əfəndiyev 1998-ci ildə Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.
İstinadlar
- Әфәндијев Умар Әлихан оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 208. ISBN 5-89600-253-x.
- "Arxivlənmiş surət". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-24.