Ulubaba (Xocalı)
Ulubaba və ya Ulubab – Azərbaycan Respublikasının Xocalı rayonunun Seyidbəyli kənd inzibati ərazi dairəsində kənd.[1][2]
Ulubaba | |
---|---|
40°01′22″ şm. e. 46°41′50″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ulubaba kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Toponimikası
Keçmiş adı Uroxaç olmuşdur. Ulubab kəndi Qarabağ silsiləsinin yamacındadır. Əsl adı Ulubabıdır. Yaşayış məntəqəsini XIX əsrin ortalarında Seyidbəyli kəndindən çixmiş ailələr salmışlar. Oykonimin birinci komponenti türk dillərindəki ulu sözündən olub, “böyük”, “əzəmətli”, “möhtərəm”, “müqəddəs”, “qədim” mənalarını bildirir. Babi isə qədim pirin adıdır. Gorünür, pir şiəliyin babi məzhəbinə mənsub olan bir şəxsə aiddir. Füzuli rayonunda da Babi adlı kənd və bu kənddə pir-türbə var.[3]
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- "XOCALI RAYONU: İnzibati ərazi dairələri və ərazi vahidləri". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-17.
- Ulubaba (Xocalı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.