Uluabad gölü

Uluabat gölü, Apolyont gölü və ya Öke gölüTürkiyənin Bursa ilində, Mustafakamalpaşa ilçəsində yerləşən göl. Cənubi Mərmərə bölgəsində, Bursa şəhər mərkəzindən 34 km uzaqlıqdadır. Sahəsi 13.500 hektardır. Dəniz səviyyəsindən 9 m hündürlükdədir.

Uluabat gölü
türk. Uluabat gölü
Uluabat gölü
Uluabat gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 9 m
Eni 12 km
Sahəsi 135-160 km²
Dərin yeri 10 m
Orta dərinliyi 2,5 m
Yerləşməsi
40°10′00″ şm. e. 28°35′00″ ş. u.
Ölkə  Türkiyə
Vilayət
Rayon
  • Mustafakamalpaşa
Yaşayış məntəqəsi Gölyazı
Uluabat gölü xəritədə
Uluabat gölü
Uluabat gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mustafakamalpaşa çayı ilə bəslənir və Uluabat dərəsi ilə Susurluq çayına qarışır. Dayaz göldür.

Yaranması

Göl tektonik fəaliyyətlər nəticəsində ortaya çıxmışdır. Göl şimaldan Neogen dövrünə aid alçaq təpələrlə, cənubdan isə Yura dövründən qalma alçaq dağlarla əhatə olunmuşdur. Uluabat gölünün ətrafında Paleozoik dövrə aid qədim süxurlar da vardır.[1]

Xüsusiyyətləri

Gölün orta dərinliyi 2,5 metrdir. Ən dərin yeri isə Halilbəy adasının yaxınlığındakı 10 metrlik çuxurluqdur.. Dayaz göl hesab olunur. Hətta bəzi yerlərdə dərinlik 1-2 metrə çatır.

Uzunluğu 23-24 metr, genişliyi 12 km-dir.

Sahəsi 135 km2-dir. Yağışlardan sonra gölün sahəsi bəzən 160 km2-ə çata bilir. Göldə kiçik adacıqlar da vardır. 8 ada içərisində ən böyüyü Halilbəy adasıdır. Heybəli ada və Qız adası göldə əhəmiyyətli adalardandır.

Gölün dibi palçıqlıdır.

Su ehtiyatı

Gölün ən əhəmiyyətli mənbəyi Mustafakamalpaşa çayıdır.

Gələn sular

MənbəMaks. Hm3/ilMin. Hm3/ilOrt. Hm3/il
Mustafakamalpaşa çayı2413,4525,141550,68
Yağış120,3271,6592,72
Göl ayağı227,3125,1497,58

Çıxan sular

SəbəbMaks. Hm3/ilMin. Hm3/ilOrt. Hm3/il
Göl ayağı2531,8392,371553,2
Buxarlaşma195,48162,56176,2
Sulama17,786,511,53

Heyvanlar

Quşlar

Bu göldə 1996-cı ilin yanvarında 429.423 su quşu sayılmışdır. Bu say 1970-ci ildən sonra Türkiyədə bir göldə ən böyük saydır.

Əsas növlər (1996-cı il yanvar):

NövSay
Böyük qarabatdaq600
Alaca vağ60
Ərsindimdiklər150
Kiçik qarabatdaq1078
Qıvrımlələk qutan136
Qırmızıbaş qaraördək42.500
Kəkilli qaraördək13.600
Adi qaşqaldaq321.550

Gölün sahilində dünyada nsəli kəsilmək üzrə olan Clupeonella abrau muhlisi növü yaşayır.

Balıqlar

Göldə 21 növ balıq yaşayır.[2]

İstinadlar

  1. Hayati Doganay, Türkiye Turizm Coğrafyası , 3. basım, Çizgi Kitabevi, 200.
  2. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-09.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.