Ultra yüksək görüntü imkanı TV

Ultra Yüksək Görüntü İmkanı TV (vəya UHDTV, Ultra HDTV) NHK Science & Technology Research Laboratories tərəfindən üzərində işlənilən bir rəqəmsal video formatıdır. HDTV'yə görə 16 qat daha yüksək görüntü imkanlı bir görüntüyə sahibtir.

Geniş Dörtərəfli Yüksək Görüntü İmkanı (WQHD) (2560 × 1440) və Kvadrat Tam Yüksək Görüntü İmkanı (QFHD) (3840 × 2160) versiyaları ilə təkmilləşdirilən UHDTV, edilən qabaqcıl səviyyə çalışmalarından sonra 7680x4320 meqapiksel formatına çatmışdır.

Layihə mərhələsi

İlk mərhələ UHDTV təcrübə işi 2003-cü ildə edilmişdir. 30 dəqiqə davam edən test işlərində HD yayımın 16 qatı daha yüksək bir görüntü imkanına çatmışdır.

İrəliləyişlər

UHDTV üçün təkmilləşdirilən ilk kamera 2,5 inç (64 mm) ölçülərində CCD texnologiyası ilə dizayn edilmişdir. İlk UHD kamera 3840 × 2048 görüntü imkanı sahibdir. Sonrasında UHD kameralarının 7680×4320 meqapikselə yüksəldilməsi ilə əlaqəli işlər uğurla nəticələndi. Hal-hazırda Vestel, Sony, Samsung, LG Electronics, Panasonic kimi firmalar UHDTV ve UHD Monitor istehsalata başlamışdır.

Görüntü İmkanı

Ultra yüksək görüntü imkanı TV olaraq tanıdılabiləcək iki cür görüntü imkanı vardır:

  • 4K UHDTV (2160p) 3840 × 2160 (8.3 meqapiksel) görüntü imkanına sahibdir. Bu da demək olur ki 1920 × 1080 (2.1 meqapiksel) görüntü imkanından 4 qat daha çox pikselə sahibdir.
  • 8K UHDTV (4320p) 7680 × 4320 (33.2 meqapiksel) görüntü imkanına sahibdir. Bu isə, standart bir 1080p HDTV'dən 16 qat daha çox pikselə sahib olduğu mənasına gəlir.

Standart UHDTV versiyaları

  • Rec. ITU-R BT.1201–1 (2004)
  • Rec. ITU-R BT.1706 (2006)
  • SMPTE 2036–1 (2009)
  • SMPTE 2036–2 (2008)
  • SMPTE 2036–3 (2010)

Şəkillər

Həmçinin bax

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.