Ulf fon Eyler

Ulf Svante von Euler (isv. Ulf Svante von Euler; 7 fevral 1905[1][2][…], Stokholm[3]9 mart 1983[1][4][…], Stokholm[3]) — İsveç fizioloqufarmakoloqu, 1970-ci ildə "sinir uclarında humoral ötürücülər və onların saxlanması, buraxılması və inaktivasiyası mexanizmləri ilə bağlı kəşflərinə görə fiziologiya və ya tibb üzrə Nobel mükafatına layiq görülmüşdür. Eyler prostaqlandinnoradrenalini kəşf etmişdir.

Ulf fon Eyler
isv. Ulf Svante von Euler
Doğum tarixi 7 fevral 1905(1905-02-07)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 mart 1983(1983-03-09)[1][4][…] (78 yaşında)
Vəfat yeri
Atası Hans fon Eyler-Helpin[3]
Elm sahəsi fiziologiya
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları fiziologiya və tibb üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1965-1975-ci illərdə - Nobel Fondunun sədri, 1965-1971-ci illərdə - International Union of Physiological Sciences vitse-prezidenti olmuşdur. İsveç Krallığı və Danimarka Elmlər Akademiyasının, Leopoldina və Amerika Fəlsəfə Cəmiyyətinin üzvü, London Kral Cəmiyyətinin xarici üzvü (1973). Edinburq və Madrid Universitetlərinin fəxri doktoru olmuşdur.

Ulf fon Eyler İsveç Kral Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının xarici üzvü Hans fon Eyler-Helpinin oğlu idi. O, həm də böyük riyaziyyatçı Leonard Eylerin nəslindəndir.

İstinadlar

  1. Ulf von Euler // Encyclopædia Britannica (ing.).
  2. Ulf Svante von Euler-Chelpin // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  3. Catalog of the German National Library (alm.).
  4. Bibliothèque nationale de France Ulf Svante von Euler // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. NNDB (ing.). 2002.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.