Ulduzlu gecə (tablo)

Ulduzlu gecə (nid. De sterrennacht) — holland post-impressionist rəssamı Vinsent van Qoqun yağlı boya ilə çəkdiyi rəsm əsəridir. 1889-cu ilin iyununda çəkilmiş rəsm, günəş doğmadan əvvəl onun Sen-Remo-de-Provansdəki sanatoriya otağının şərqə baxan pəncərəsindən xəyali bir kəndin əlavə olunduğu mənzərəni təsvir edir. Şəkil 1889-cu ilin iyununda çəkilib; 1941-ci ildən Nyu Yorkdakı Müasir İncəsənət Muzeyində saxlanılır. Van Qoqun maqnum əsəri kimi geniş şəkildə qəbul edilən Ulduzlu Gecə Qərb sənətində ən tanınan rəsmlərdən biridir.

Ulduzlu gecə
nid. De sterrennacht
Rəssam Vinsent van Qoq
Tarixi 1889
Üslubu peyzaj[1]
Texnikası Kətan, yağlı boya 73,7x92,1 sm
Ölçüləri 73,7 ± 0,1 sm[2] × 92,1 ± 0,1 sm[2]
Materialı yağlı boya[d][3]
Saxlanıldığı yer Nyu-York Müasir İncəsənət Muzeyi
Saytı vggallery.com/painting/p…
İnventar nömrəsi 472.1941[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.