Ulduz formalı qala
Ulduz formalı qala ilk dəfə XV əsrdə İtaliyada görülən və xüsusilə orta əsrlərdə barıt və döyüş toplarının müharibə meydanlarına girməsindən sonra inşa edilməyə başlanan qala formalı bir istehkam növüdür.
Ümumi məlumat
Ulduz qalaların sələfi qalalardır. Hündür divarları ilə qorunan qaladakı müdafiəçilər atdıqları oxlarla düşmənin qalanın istehkamlarına yaxınlaşmasının qarşısını almağa çalışarkən, təcavüzkarlar da öz növbəsində qala qapısını sındıraraq və ya nərdivan kimi mühasirə alətləri ilə divarlara çıxaraq qalaya girməyə çalışırdılar. Coğrafi baxımdan da strateji yerlərdə tikilən belə qalaları tutmaq çox çətin idi. XV əsrdə topların müharibə meydanlarına girməsi ilə qala divarları dağılmağa başladı. Ehtiyat tədbirinə görə, istehkamçılar artilleriya atəşinə məruz qalan əraziləri redutlarla gücləndirməyə başladılar. Divarlara hücum edən düşmənin hər tərəfdən atəş altında qalması və görünüş probleminə görə gizlənə bilməməsi üçün ulduz şəklində bir qala dizaynı hazırlanmışdır. Hakim nöqtələr düşmənin əlinə keçdikdən sonra belə müdafiəni təşkil edə bilmək üçün, bir-birinin döyüş mənzilinə girə biləcək şəkildə yerləşdirilmiş toplara malik ulduz formalı qalalar hazırlanmışdır. Bu formada divarlara yaxınlaşmağa çalışan toplar müəyyən bir məsafədən keçirilmirdi. Ulduz formalı qalalar köhnə qalalardan daha aşağı və daha böyük bir ərazidə yerləşərək dərin müdafiəyə imkan verir. Müdafiə artilleriyaçılarının mövqeləri çox yaxşı möhkəmləndirilir, əlverişli mövqelər düşmənin əlində olsa da, ulduz qala formasına görə qalanın mərkəzinə doğru atəş etmək imkanı məhduddur. Ulduz formalı qalaların tikintisi xərci çox böyük olduğundan bəzi şəhərlər buraya xərclənən pullara görə iflasa uğramışdırlar. Redutlarla möhkəmləndirilən ulduz qalasının gücü 1500-cü ildə Pisa mühasirəsində görüldü. Hücum edən Fransız və Florensiya artilleriyaçılarına qarşı möhkəmləndirilmiş divarlar yaxşı dayanmışdırlar. 1509-cu ildə yenidən Fransız işğalı təhlükəsi ilə qarşılaşan Padova, alçaq, lakin top atəşinə davamlı ulduz istehkamı ilə işğalçıların onun ərazisinə keçməsinə icazə verməmişdir. Ulduz formalı qala, xüsusilə də Aralıq dənizi regionunda Osmanlı yayılmasının dayandırılmasında əhəmiyyətli bir faktor olmuşdur. Bu dövrdə Rodos 1522-ci ildə böyük çətinliklərlə işğal edilir, lakin Korfu 1537-ci ildə mühasirəyə alınsa da tutulması mümkün olmur.
Qaleriya
- Hollandiyadakı Bourtange ulduz formalı qala
- Venesiya Respublikasındakı Palmanova ulduz formalı qala
- Çexiyadakı Olomouts ulduz formalı qala
- Cenevrə istehkamı (1841)
- Lefkoşa istehkamı