Ulduz assosiasiyaları
Ulduz assosiasiyaları — XX yüzilliyin ortalarında müşahidələr və onların nəzəri interpretasiyası yolu ilə müəyyən etmişlər ki, O və B siniflərinə məxsus böyük işıqlıqlı ulduzlar dinamik bağlı olan müəyyən qruplar təşkil edirlər. Bunlar ulduz assosiasiyaları adlanır.
Növləri
İki növ ulduz assosiasiyası vardır.[1] Böyük işıqlıqlı isti O və B ulduzları toplanır və belə assosiasiya OB tipli isti assosiasiya adlanır; hər belə assosiasiyafa yüzə qədər O və B siniflərinə məxsus işıqlıqları böyük olan isti ulduzlar vardır. İkinci növ assosiasiyalar T Buğa tipli dəyişənlərdən ibarətdir; belə assosiasiyalar T tipli soyuq assosiasiyalar adlanır.
Yerləşməsi
Yerə ən yaxın T assosiasiyalardan biri Orion bürcündədir; bu assosiasiyada 500-dən çox T Buğa tipli ulduz vardır. Ulduz assosiasiyalar da müstəvi altsistemdə yerləşirlər.
Ulduz assosiasiyalarda ulduzlar çox cavan olduğundan və assosiasiyalar həm də dayanaqsız olduğundan iki mühüm nəticə söyləmək olar: ulduzəmələgəlmə prosesi Bizim Qalaktikada indi də davam edir və ulduzlar tək-tək deyil, qruplarda - ulduz assosiasiyalarında əmələ gəlirlər.[1]
İstinadlar
- R.Ə.Hüseynov Astronomiya "Maarif" nəşriyyatı Bakı, 1997