Yıldız Texniki Universiteti

Ulduz Texniki Universiteti (türk. Yıldız Teknik Üniversitesi) — mühəndislik və təbiət elmləri ilə yanaşı ictimai elmlərdə də xüsusi nailiyyətlər əldə edən Türkiyənin İstanbul şəhərində yerləşən ən qədim təhsil ocaqlarından biri. Mərkəzi şəhərciyi Beşiktaşda yerləşir. Ən böyük şəhərciyi olan Davudpaşa isə Əsənlərdə yerləşir. Universitet nəzdində 10 fakültə, 3 peşə məktəbi və 2 instut fəaliyyət göstərir.

Ulduz Texniki Universiteti
YTÜ
türk. Yıldız Teknik Üniversitesi
Universitetin DavudpaşaBeşiktaş kampusu, 2007
41°03′00″ şm. e. 29°00′36″ ş. u.
Əvvəlki adı

Kondüktör Mekteb-i Âlisi (1911) Ulduz Universiteti (1982)

Ulduz Texniki Universiteti (1992)
Şüar Yıldızlarla Bir Asra Atılan İmza (Ulduzlarla bir əsrə atılan imza)
Əsası qoyulub 1911
Tip Dövlət universiteti
Rektor Tamer Yılmaz
Tələbə sayı 25 063 (bakalavr)
7 037 (magistratura)
2 189 (doktorantura)
Müəllim sayı 1 736
Şəhər İstanbul
Ölkə
Universitet şəhərciyi Yıldız   Davudpaşa   Maslak
Metro Davudpaşa—YTÜ
Sayt Ulduz Texniki Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1911-ci ildə Konduktor Məktəb-i Alisi adı altında fəaliyyətə başlayan, tarixi respublikadan əvvələ gedən nadir universitetlərdəndir. 1937-ci ildə ölkə üçün ixtisaslı mühəndis və texniki heyət yetişdirən təhsil ocağına çevrilmişdir. 1992-ci ildə isə hal-hazırkı müasir adını qazanmışdır. Ulduz və Davudpaşa şəhərciklərində bir çox fakültələr Osmanlı dövründən qalma binalarda tədris edilir. Ulduz Texniki Universiteti bu gün akademik fəaliyyətlərini 25.000-dən çox bakalavr, 9.000-dən çox magistr və 1.700-ə yaxın akademik heyətlə davam etdirir. 2002-ci ildə 565 nəfərlik Maçka şəhərciyi yataqxanası istifadəyə verilmişdir. 1959-1960-cı illərdə yeni tədris binasının inşası başa çatdıqdan sonra universitetin ilk akademik kitabxanası açılmışdır.

Ulduz Texniki Universiteti, Türkiyənin ən güclü texniki infrastrukturuna olan dövlət universitetlərindən biridir. Boğaziçiİstanbul Texniki Universiteti ilə birlikdə siyahıda ən üst pillələrdə gedən Ulduz Texniki Universiteti, nəzəri dərslərlə yanaşı, emalatxanalar, laboratoriyalar və sahə kursları ilə də tədris verir. Hər bir fakültə binasında 20 kompüterdən ibarət kompüter otağı mövcuddur.

Universitetin ən böyük kampusu olan Davudpaşada poçt, bank, kitab mağazası, elektronika mağazası və internet kafe, fotokopiya və bir çox ticarət obyektləri fəaliyyət göstərir. Universitetdənkənar fəaliyyətlər çərçivəsində sənət, fotoqrafiya, klassik türk musiqisi, polifonik xor, klassik musiqi, xalq musiqisi və teatrşünaslıq üzrə xüsusi hobbi klubları mövcuddur. Bunlarla yanaşı, basketbol, ​​həndbol, futbol, ​​voleybol, üzgüçülük, stolüstü tenis kimi bir çox idman növləri üzrə ixtisaslaşmış hobbi klubları da mövcuddur. Universitet nəzdində fəaliyyət göstərən bir çox komandalar istər yerli, istərsə də beynəlxalq yarışmalarda təqdirəlayiq yer qazanırlar.

Ulduz, Şişli, Maslak və Davudpaşa olmaq üzərə universitet nəzdində 4 şəhərcik yer alır. Universitetin şəhərciklərinə İstanbulun hər yerindən asanlıqla nəqliyyat mümkündür. Həmçinin, Davudpaşa şəhərciyinə tələbələrin gediş-gəlişini daha da asanlaşdırmaq məqsədilə 1994-cü ildə Davudpaşa—YTÜ metrostansiyası fəaliyyətə girmişdir.

Tarixçə

Bu gün Türkiyənin ən böyük texniki universitetlərindən biri olan Ulduz Texniki Universitetinin əsası respublikadan əvvəl qoyulan nadir universitetlərdəndir. İlk dəfə 22 avqust 1911-ci ildə Beşiktaşda Konduktor Məktəb-i Alisi adı altında fransız "Ecol de Conducteur" proqramına əsaslanaraq təhsil verməyə başlamışdır. Universitetin yaradılmasında bu adın istifadə edilməsinin səbəbi isə dövlət orqanlarında işləmək üçün ixtisaslı mühəndis və texniki işçilər hazırlamaq məqsədindən irəli gəlir. Osmanlı sultanı Sultan V Mehmed Rəşadın dövründə qurulmuşdur. 1921-ci ilə qədər Konduktor Məktəb-i Alisi adı altında fəaliyyətini davam etdirmiş, 1922-ci ildə adı Nafia Elm Məktəbi olaraq dəyişdirilmişdir. Nafia sözü osmanlı dilində ictimai işlər mənasını verir. Başqa sözlə, Ulduz Texniki Universitetinin məqsədinə uyğun olaraq adı dəyişdirildi və təhsil keyfiyyəti daha da artırıldı. Respublika qurulduqdan sonra eyni ad altında təhsil verməyə davam edən universitet 1937-ci ildə İstanbul Texniki Məktəbi adlandırıldı və bir çox yeni fakültələr əlavə edildi. Universitet, Türkiyədə yeni qurulan respublikaya hər cür mühəndis və texniki heyət yetişdirməyə başladı. 1937-ci ildə yalnız maşın və inşaat sahəsində tələbə yetişdirən Ulduz Texniki Universiteti, 1950-ci illərin başlanğıcında memarlıq, iqtisadiyyat, ədəbiyyat kimi bir çox sahələr üzrə təhsil verən universitetə çevrilməyi bacardı. 1959-1960-cı illərdə bu məktəbdə 1 il təhsil alan hər bir tələbəyə usta memar və ya usta mühəndis adı verilməyə başlandı.

1969-cu ildə universitetin adı dəyişdirilərək İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyası oldu. Həyata keçirilən bir çox şaxələndirmə və yeniliklərdən sonra ölkədə fəaliyyət göstərən özəl kolleclər bağlanmış və mühəndislik üzrə ixtisaslanmış kolleclər bu universitetə bağlanmışdır. Nəhayət, 1982-ci ildə universitetin adı, müasir formasına bir qədər oxşamış və Ulduz Universiteti olaraq dəyişdirilmişdir. Adın dəyişdirilməsi ilə Kocaeli Dövlət Mühəndislik və Memarlıq Akademiyası və Kocaeli Peşə Liseyi Ulduz Universitetinin nəzdinə keçmişdir. Ulduz Universiteti elm-ədəbiyyat, mühəndislik, ictimai elmlər və xarici dillər, Atatürkün inqilab tarixi və prinsipləri, türk dili, bədən tərbiyəsi və təsviri incəsənət fakültələrindən ibarət olmuşdur.

1992-ci ildən bəri Ulduz Texniki Universiteti adı altında xidmət göstərən bu məktəb bu gün Beşiktaş, Davutpaşa və Ayazağa şəhərcikləri ətrafında səpələnmiş 10 fakültə, 3 lisey və 2 institut ilə 25 mindən çox bakalavr, 7000-dən çox magistr və 3000-dən çox aspirant daxil olmaqla ümumilikdə 35 min tələbəyə təhsil verir. 1982-ci ildə Ulduz Texniki Universitetinin nəzdinə keçən Kocaeli Dövlət Mühəndislik və Memarlıq Akademiyası və Kocaeli Peşə Liseyi isə 1992-ci ildə ayrılmış və ayrıca Kocaeli Universiteti olaraq qurulmuşdur.

Akademik fakültələr

Elektrik-Elektronika fakültəsi

Ulduz Texniki Universiteti Mühəndislik fakültəsi, Ulduz Texniki Universiteti Elektrik və Elektron fakültəsi adı altında Elektrik Mühəndisliyi, Elektronika və Rabitə Mühəndisliyi və Kompüter Elmləri və Mühəndislik bölmələrinin bir araya gəlməsi nəticəsində meydana gəlmişdir. 2011-ci ildən etibarən universitetin Davutpaşa Kampusundakı fakültələri bunlardır:

  • Kompüter mühəndisliyi bölümü
  • Elektrik mühəndisliyi bölümü
  • Elektronika və xəbərləşmə bölümü
  • İdarəetmə və avtomatlaşdırma bölümü

Fənn-Ədəbiyyat fakültəsi

Səkkiz bölümdən ibarət olan fakültənin ilk quruluşundan bəri tədris olunan fakültələri Fizika, Kimya və Riyaziyyat bölümləri olmuşdur. Davutpaşa Kampusundakı tarixi binasında fəaliyyət göstərən bölüm fakültələri bunlardır:

  • Qərb dilləri və Ədəbiyyatı bölümü
  • Molekular Biologiya və Genetika bölümü
  • Fizika bölümü
  • Statistika bölümü
  • Kimya bölümü
  • Riyaziyyat bölümü
  • Türk dili və Ədəbiyyatı bölümü
  • Fəlsəfə bölümü
  • Sosiologiya bölümü
  • Tarix bölümü

Mexanika fakültəsi

Mexanika fakültəsi 1992-ci ildə Mühəndislik fakültəsini tərk etdi. Maşınqayırma bölümü 1993-cü ildə quruldu və 1938-1939 illərdə Sənaye Mühəndisliyi bölümü, 1982-ci ildə Gəmi təmiri və Gəmi Maşın mühəndisliyi bölümləri açıldı. 2009-cu ildən etibarən Gəmi Təmiri və Gəmi Maşın Mühəndisliyi bölümləri Mexanika Mühəndisliyi Fakültəsindən ayrıldı. Fakültənin şöbələri aşağıdakılardır:

  • Mexanika mühəndisliyi bölümü
  • Mexanika bölümü
  • Mexantronika bölümü
  • Sənaye mühəndisliyi bölümü

Gəmi İnşaatı və Dənizçilik fakültəsi

Gəmi İnşaatı və Dənizçilik Fakültəsinin mənşəyi, 1967-ci ildə İstanbul Texniki Məktəbi daxilində Mexanika Bölümü nəzdində qurulmuş Gəmi seçimi bölməsinə əsaslanır. 1982-ci ildə akademiya, Ulduz Universitetinə çevrildikdən sonra qurulan Mühəndislik Fakültəsi Gəmi İnşaat Mühəndisliyi Bölümü olaraq quruldu. Mexanika Mühəndisliyi Fakültəsi daxilində 2008-ci ildə qurulan Gəmi Maşın İdarəetmə Mühəndisliyi ilə yanaşı 2009-cu ildə Mexanika Mühəndisliyi Fakültəsini Gəmi İnşaat və Dənizçilik fakültəsi olaraq tərk edən fakültənin bölmələri aşağıdakılardır:

  • Gəmi İnşaatı və Gəmi Mexanizm Mühəndisliyi bölümü
  • Gəmi Mexanizmi Müəssisəsi bölümü

Memarlıq fakültəsi

1942-ci ildə İstanbul Texniki Məktəbinin tərkibində qurulan Memarlıq Fakültəsi, Magistr Memarlığı və Şəhər və Bölgə Planlaşdırma bölümləri, 11 ixtisas proqramı, 80 akademik, 5 müəllim, 43 elmi işçi, 1300-dən çox bakalavr, 350-dən çox magistr, 150-dən çox doktorant tələbəsi və 10.000-dən çox məzunu ilə davam etdirir. 1880-ci illərdə inşa edilən fakültənin Ulduz kampusunun tarixi binasında fəaliyyət göstərən fakültəyə bağlı bölümlər bunlardır:

  • Memarlıq bölümü
  • Şəhər və Bölgə Planlaşdırma bölümü

İqtisadi və İdarəetmə fakültəsi

İqtisadiyyat və İdarəetmə fakültəsi 1992-ci ildə Ulduz Kampusuna bağlı Çuxursaray binasında fəaliyyətə başladı. Fakültə 1993-cü ildə yaradılan İqtisadiyyat kafedrası ilə fəaliyyətə başladı. İdarəetmə Bölümü 1996-cı ildə, 1999-cu ildə Siyasi Elm və Beynəlxalq Münasibətlər bölümü quruldu. Fakültə 2000-ci ildən 2015-ci ilə qədər Ulduz Sarayının bir hissəsi olan Yavərlər şöbəsində xidmət etmişdir. Fakültə binasında, 1925-1936-cı illərdə xidmət edən və 1936-cı ildə Atatürkün tələbi ilə Ankaraya köçən Ankara Universiteti Siyasi Elmlər Fakültəsi (Mekteb-i Mülkiye) də qəbul edildi. Fakültə, 2016-cı ildə yeni binasına köçmüşdür. Fakültənin şöbələri aşağıdakılardır:

  • İqtisad bölümü
  • İdarəetmə bölümü
  • Siyasi bilimlər bölümü
  • Beynəlxalq münasibətlər bölümü

Kimya-Metallurgiya fakültəsi

2000-ci ildə yeni bölümlər əlavə edilmiş Kimya-Metallurgiya fakültəsinin də tarixi qədimdir. Davutpaşa kampusunda yer alan bölümlər aşağıdakılardır:

  • Biomühəndislik bölümü
  • Kimya Mühəndisliyi bölümü
  • Riyaziyyat Mühəndisliyi bölümü
  • Metallurgiya bölümü
  • Qida Mühəndisliyi bölümü

Şəhərciklər

Beşiktaş şəhərciyi

Universitetin Beşiktaş şəhərciyi

Beşiktaş təpəsindəki meşəlik ərazi ilk dəfə Osmanlı sultanı I Əhməd tərəfindən kiçik bir daxma qurularaq ov məqsədilə istifadə edilmişdir. II Əbdülhəmid taxtdan qalxdıqdan sonra, qardaşının və dayısının hakimiyyəti də sona çatdığı üçün Dolmabağça sarayını etibarlı düşünmür. Buna görə də 1877-ci ildə Osmanlı sultanlarının İstanbulda daimi yaşadığı dördüncü saray, daxilində mühafizə, xidmət quruluşları yer alan təxminən 500.000 kvadrat metrlik bir bağlıq əraziyə sahib Ulduz sarayına yerləşir. Bu böyük ərazinin əhəmiyyətli tikililərindən biri olan Sultan İdarəsi 1937-ci ildə Ulduz Texniki Məktəbinin qurulması ilə ləğv edilir. Bu gün, bu bina Ulduz Texniki Universitetinin rektorluq binası olaraq istifadə olunur.

Bundan əlavə, Çuxursaray, Bekar sultanlar və şahzadə sarayları hal-hazırda universitet tərəfindən təlim-tərbiyə məqsədilə istifadə olunur. Həmçinin bu şəhərcikdə Beşiktaş Atatürk Anadolu liseyi də yer alır.

Davudpaşa şəhərciyi

Universitetin Davudpaşa şəhərciyinin havadan görünüşü

Davudpaşa şəhərciyinin ərazisi Bizans dövründə hərbi kazarmaların yerləşdiyi bir qəsəbə olmuşdur. İstanbulun fəthi zamanı əsgərlərin yerləşməsinə xidmət etmiş və burada II Mehmed çadır qurmuşdur. Bölgənin hərbi funksiyası Osmanlı dövründə də davam etdirilmiş, XV əsrdən bəri hərbi mərasimlərə ev sahibliyi edən yer olmuşdur. Davudpaşa kazarması, II Mahmud tərəfindən ləğv olunmuş, yerində yeni bir kazarma tikilmişdir.

Memarının Krikor Balyan olduğu bu binanın inşası 1826-1827-ci illərdə başlamış, 1831-1832-ci illərdə bitmişdir. Kazarma Balkan müharibəsi zamanı təmir edilmiş və mühacirlər tərəfindən sığınacaq mərkəzi olaraq istifadə edilmişdir. Birinci Dünya Müharibəsi əsnasında bu ərazidə yeni bir xəstəxana açılır. Lakin 1920-ci ildə müharibənin bitməsi ilə xəstəxana bağlanır. Daha sonradan 1998-ci ildə Ulduz Texniki Universitetinin tələbələrinin və akademik heyətinin artması ilə birlikdə bu bölgə müasir funksiyasını qazanır və universitet şəhərciyi olaraq istifadə olunmağa başlayır. Əvvəllər kazarma kimi istifadə olunan əsas bina U hərfi şəklindədir. Universitetin tabeliyinə verildikdən sonra bu binaya xüsusi tədris otaqları əlavə edilmiş və binanın mərkəzindəki boş ərazi tələbələr tərəfindən sərbəst şəkildə istifadə oluna bilən parka çevrilmişdir. Binanın giriş hissəsində tələbə yeməkxanası, labaratoriya və akademik heyət yeməkxanası yerləşir. Bir az irəlidə isə əvvəllər hamam kimi istifadə edilən, lakin hal-hazırda istifadəsiz qalan bir bina yer alır. Akademik heyətə məxsus yeməkxananın arxasında 2007-ci ildə açılan hovuz, fitness mərkəzi, qapalı basketbol meydançası, tennis kortu və futbol meydançası yer alır.

Kitabxana

Universitetin Davudpaşa kampusunda yerləşən kitabxanası

Ulduz Texniki Universitetinin Davudpaşa şəhərciyinin böyüməsi səbəbilə burada kitabxana ehtiyacı yaranmışdır və bu ehtiyac 2011-ci ilin may ayında Davutpaşa Mərkəzi Kitabxanasının inşası ilə nəticələnmişdir.[2] Kitabxanaya 15 iyul şəhidi Prof. Dr. İlhan Varank adının verilməsi qərara alınmışdır. Müasir kitabxana binası olaraq dizayn edilmiş və ağıllı bina xüsusiyyətləri ilə təchiz olunmuş kitabxana 5 mərtəbədən ibarətdir. Kitabxananın əsas məqsədi sadəcə universitet üçün deyil, həm də milli səviyyədəki bütün elmi tədqiqatlar üçün bir məlumat mənbəyi yaratmaqdır.[3] Bu məqsədlə, müasir kitabxana binası ən sürətli və ən uyğun şəkildə elmi araşdırmalar üçün məlumat ehtiyaclarını qarşılamaq üçün fasiləsiz xidmət göstərir.[4]

Kitabxanada 4 oxu zalı var. B1 mərtəbəsində 60 nəfərlik tədris və məlumat otağı və 47 nəfərlik audio-vizual materiallar və kompüter laboratoriyası otağı mövcuddur. Bundan əlavə, 000-499 təsnifat aralığındakı mövzularda kitablar da B1 mərtəbəsindədir.[5] Həmçinin, kitabxanada 80 nəfərlik konfrans zalı da xidmət göstərir. Birinci mərtəbədə 36 nəfərlik qrup tədris otağı, 120 nəfərlik oxu zalı, 44 nəfərlik tədqiqat mərkəzi, tezis və layihə salonu yerləşir. Birinci mərtəbədə 500-699 sinif təsnifatı daxilində fənlər üzrə kitablar kolleksiyası, 205 nəfərlik oxu zalı və 8 fərdi tədris otağı yerləşir.[6] İkinci mərtəbədə 500-699 sinif təsnifatı daxilində fənlər üzrə kitablar toplusu və 112 nəfərlik kitab oxu salonu var. Çap və elektron materiallar baxımından çox zəngin bir kolleksiyaya sahib olan kitabxana, universitetin təhsil siyasətinə uyğun olaraq, daim yeni kitablarla təmin edilir. Hər zaman təhsili dəstəkləyən kitabxana istifadəçilərin kolleksiyadan maksimum səviyyədə yararlanması üçün özünü daim inkişaf etdirir.[7]

Statistika

Universitetin statistik göstəriciləri
2016201720182019 2020
Ayrılan yerlərin sayı 3.535 3.6804.0174.145 4.192
Tələbələrin sayı 35 639 36 56934 37234 492 -
Qəbul faizi 82.2 96.582.571.9 -
Məzunların sayı 5 665 5 3705 3375 571 -
YKS ortalama balı 386,382 332,053352,271351,851 411,114

Ulduz Texniki Universitetinə qəbul Türkiyədə aparılan 500 ballıq yerli qəbul imtahanı vasitəsilə aparılır. Universitetdə ən yuxarı keçid balı 507,617 ilə kompüter mühəndisliyi, ən aşağı isə 298,871 balla mədəni irsin qorunması və restavrasiyası fakültəsi üzrə olmuşdur.[8] Qlobal universitet sıralamalarında qabaqcıl yer tutan memarlıq üçün keçid balı 461,120, elektronika mühəndisliyi üçün 458,589, iqtisadiyyat üçün isə 351,831 olmuşdur. 2016-cı ildə qəbul olanların bal ortamalası 386,382 olarkən, 2019-cu ildə bu göstərici geriləyərək 351,851 bala düşmüşdür.[9] 2019-cu ildə tələbələr üçün keçən ilə nisbətən 128 daha çox yer olmaq üzərə ümumilikdə 4 145 boş yer ayrılmışdır.[10] 210 yer ilə mexanizm mühəndisliyi ən çox yer ayrılan fakültə olarkən, 30 yer ilə elektronika və rabitə mühəndisliyi ən az yer ayrılan fakültə olmuşdur.[11]

2019-cu ildə universitetə müraciət edənlərin 71.9%-i qəbul almış, tələbələrin sayı ümumilikdə 34 392 olmuşdur.[12] Universitetə qəbul olanların 59.1%-i İstanbul sakini, 40.9% isə digər şəhərlərin sakini olmuşdur. Digər şəhərlər arasında Ankara, İzmir, Malatya, Muğla, Kayseri, ŞanlıurfaZonquldak daha çox seçilmişdir. Qəbul alan tələbələrin 52,7%-i qadın, 47,3%-i isə kişi olmuşdur.[13]

Universitetdə ardıcıl 4 il təhsil haqqı ödənilmədikdə, qayıbların sayı limiti keçdikdə və ya imtahanlardan nəzərdə tutulan qədər uğursuz nəticə göstərdikdə universitet tələbələrinin qeydiyyatları silinir.[14] 2018-ci ildə 1 015 tələbənin, 2019-cu ildə isə ümumilikdə 987 tələbənin qeydiyyatı silinmişdir.[15] 2016-cı ildə 5 665, 2017-ci ildə 5 370, 2018-ci ildə 5 337, 2019-cu ildə isə 5 571 tələbə universiteti uğurla bitirərək məzun adını qazanmışdır.[16]

Reytinq

Beynəlxalq universitet sıralamaları (2018)
SiyahıSıralama

ARWU[17]901-1000
CWTS[18]762
RUR[19]660
Times[20]801-1000
USNWR[21]769

Ulduz Texniki Universiteti, 2018-ci ildə Times Higher Education tərəfindən dünyanın ən yaxşı 1000 reytinqli universiteti siyahısına daxil edilmişdir.[22] 2020-ci il QS World University Rankings sıralamasında Ulduz Texniki Universiteti elektrik-elektronika və mexanika fakültələri üzrə 351-400-cü sıralarda yer almışdır. Fizika və astronomiya fakültələri üzrə isə 501-550-ci yerdə qərarlaşmışdır.[23] Bununla yanaşı, iqtisadiyyat və idarəetmə fakültəsi üzrə siyahıda 451-500-cü yeri tutumuşdur.[24][25] Dünya universitetləri reytinq təşkilatı Times Higher Education tərəfindən dərc edilən Sosial Elmlər, İqtisadi və İnzibati Elmlər və Hüquq sahələri üzrə 2022-ci il dünya universitetləri reytinqi siyahısında Ulduz Texniki Universiteti, ODTÜ, SabancıBilkent universitetləri ilə birgə olaraq 401-500-cü sırada yerini almışdır.

Dünya universitetlərinin akademik reytinqi 2019-cu il siyahısına görə universitet inşaat mühəndisliyi üzrə 201-300-cü, mexanika mühəndisliyi üzrə 301-400-cü, fizika və kimya mühəndisliyi üzrə isə 401-500-cü yerdə qərarlaşmışdır.[26] ABŞ-nin News & World Report qəzetinin sıralamasına görə isə Ulduz Texniki Universiteti ən reytinqli qlobal universitetlər arasında 769-cu, mühəndislik ixtisası üzrə isə 292-ci yeri tutmuşdur.[27]

2019-cu il CWTS Leyden sıralamasına görə isə universitet mühəndislik ixtisası üzrə 762-ci, riyaziyyat və kompüter elmləri sahəsi üzrə 422-ci sırada yer alır. URAP 2018 siyahısında isə universitet, mühəndislik fakültəsi üzrə 461-ci yeri tutmuşdur.[28][29] RUR reytinqi tərəfindən 2019-cu ildə hazırlanan siyahıya görə isə universitet qlobal sıralamada 660-cı, texniki elmlər üzrə 529, təbiət elmləri üzrə isə 598-ci yerdə qərarlaşmışdır.[30]

EECA Universitet Sıralaması 87-dir.[31]

Məşhur məzunları

  • Kənan İmirzalıoğlu ― aktyor
  • Tarık Akan ― aktyor
  • Fuad Günər ― müğənni
  • Murad Yıldırım ― aktyor
  • Soner Sarıkabadayı ― müğənni
  • İdris Güllüce ― siyasətçi
  • Günəş Tanər ― siyasətçi
  • Fatih Dönməz ― siyasətçi
  • Ali Coşkun ― siyasətçi
  • Birol Namoğlu ― müğənni
  • Ceylan Ərtəm ― bəstəkar
  • Mirkelam ― bəstəkar
  • Nejat İşler ― aktyor
  • Yiğit Özşener ― aktyor
  • Ərtuğrul Sağlam ― məşqçi
  • Cem Davran ― aktyor
  • Ahu Türkpençe ― aktyor
  • Gökhan Kırdar ― müğənni
  • Hamdi Alkan ― rejissor
  • Kaan Sekban ― aktyor
  • Uğur Karakullukçu ― şərhçi
  • Mətin Günay ― rejissor
  • Fikrət Orman ― biznesmen
  • Mehmet Büyükekşi ― siyasətçi
  • Hasan Doğan ― siyasətçi
  • Fadıl Akgündüz ― biznesmen
  • Erdoğan Bayraktar ― siyasətçi
  • Faruk Özlü ― siyasətçi
  • Feridun Bilgin ― siyasətçi
  • Məmət Əli Alabora ― aktyor
  • Mircan Kaya ― müğənni
  • Burak Sevinc ― aktyor
  • Nagehan Qaşıqçı ― rejissor
  • Mətin Külünk ― siyasətçi
  • Canan Hoşgör ― aktyor
  • Atılay Uluışık ― aktyor
  • Meriç Acemi ― ssenarist
  • Emrah Ablak ― karikaturist
  • Melda Arat ― aktyor
  • Gülay Yedekci ― siyasətçi
  • Emre Buga ― şərhçi
  • Aykut Gürel ― bəstəkar
  • Alp Navruz ― aktyor
  • Hüseyin Tok ― memar
  • Zeki Aygün ― siyasətçi

İstinadlar

  1. Directory of Open Access Journals. 2003.
  2. "YTÜ DAVUTPAŞA ŞEHİT PROF. DR. İLHAN VARANK MERKEZ KÜTÜPHANESİ HAKKINDA GENEL BİLGİ". ktp.yildiz.edu.tr (türk). 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  3. "YTÜ Eğitim Fakültesi Yabancı Diller Eğitimi Bölümü". www.yde.yildiz.edu.tr (türk). 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  4. "YTÜ Kütüphane ve Dokümantasyon Daire Başkanlığı | Duyurular". www.ktp.yildiz.edu.tr (türk). 2020-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  5. "Ihale Haberleri-Sonuçları-Yapım ve Malzeme Ihaleleri". www.ihalehaberi.net (türk). İstifadə tarixi: 20 avqust 2020.
  6. "YTÜ Kütüphane ve Dokümantasyon Daire Başkanlığı | Kütüphane'den yararlanma koşulları". www.ktp.yildiz.edu.tr (türk). 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  7. "YTÜ Kütüphane ve Dokümantasyon Daire Başkanlığı | E-kaynaklar". www.ktp.yildiz.edu.tr (türk). 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  8. "Yıldız Teknik Üniversitesi 2021 Taban Puanları ve Başarı Sıralamaları". Tercih Koçu (türk). 27 sentyabr 2020. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2020.
  9. "Yıllara Gore Unıversıtemız LYS-YKS Sonucuna Gore En Dusuk-En Yuksek Puanları". Google Docs (türk). 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  10. "3-Yıllara Gore Ogrencı Kontenjanları ve Yerlestırılen Ogrencı Sayıları". Google Docs (türk). 2021-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  11. "Yıllara Gore Ogrencı Kontenjanları ve Yerlestırılen Ogrencı Sayıları". Google Docs (türk). 2021-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  12. "Yıllara Gore Ogrencı Sayıları (2011- sonrası)". Google Docs (türk). 2021-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  13. "YILDIZ TEKNİK ÜNİVERSİTESİ'ndeki Tüm Lisans Programları | YÖK Lisans Atlası". yokatlas.yok.gov.tr (türk). 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  14. "Lisans öğrencisiyim hangi durumda ve ne zaman kaydım silinir? | YTÜ Öğrenci İşleri Daire Başkanlığı". www.ogi.yildiz.edu.tr (türk). 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  15. "Yillara Gore Kaydi Silinen Ogrenci Sayilari". Google Docs. 2021-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  16. "Yıllara Gore Mezun Ogrencı Sayıları". Google Docs (türk). 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  17. "ARWU World Top 500 Candidates | ARWU World University Rankings 2018 | Academic Ranking of World Universities 2018 | Top 500 universities | Shanghai Ranking - 2018". www.shanghairanking.com (ingilis). 2018. 2021-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  18. Studies, Centre for Science and Technology. "CWTS Leiden Ranking 2018". CWTS Leiden Ranking (ingilis). 2018. 2019-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  19. "World University Rankings". roundranking.com (ingilis). 2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  20. "World University Rankings 2017-2018 Worldwide". Times Higher Education (THE) (ingilis). 18 avqust 2017. 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  21. "Yildiz Teknik University". usnews.com (ingilis). 2018-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  22. "World University Rankings". Times Higher Education (THE) (ingilis). 18 avqust 2017. 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  23. "Engineering and Technology". Top Universities (ingilis). 26 fevral 2020. 2022-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  24. "Engineering - Electrical & Electronic". Top Universities (ingilis). 25 fevral 2020. 2021-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  25. "Engineering - Mechanical, Aeronautical & Manufacturing". Top Universities (ingilis). 25 fevral 2020. 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  26. "ShanghaiRanking's Global Ranking of Academic Subjects 2020 - Physics | Shanghai Ranking - 2020". www.shanghairanking.com (ingilis). 2017-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  27. "The Best Global Universities Ranking of the U.S. News & World Report". usnews.com (ingilis). 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  28. "URAP - University Ranking by Academic Academic Performance". www.urapcenter.org (ingilis). 2019-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  29. "URAP - University Ranking by Academic Academic Performance". www.urapcenter.org (ingilis). 2018-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  30. "World University Rankings 2020". roundranking.com (ingilis). 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2020.
  31. "Yildiz Technical University : Rankings, Fees & Courses Details". Top Universities (ingilis). 08 sentyabr 2020. 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.