Ulduz (film, 2002)
"Ulduz" (rus. Звезда) — rejissor Nikolay Lebedevin filmi.
Ulduz | |
---|---|
rus. Звезда | |
Janr | Müharibə |
Rejissor | Nikolay Lebedev |
Prodüserlər | |
Ssenari müəllifləri |
Yevgeni Qriqoeyev Nikolay Lebedev Aleksandr Borodyanski |
Baş rollarda |
İqor Petrenko Artyom Semakin Aleksey Panin Aleksey Kravçenko |
Operator | Yuri Nevski |
Bəstəkar | Aleksey Rıbnikov |
İstehsalçı | "Mosfilm" kinostudiyası |
Distribütor | Mosfilm |
İlk baxış tarixi | 2002 |
Filmin növü | bədii film |
Müddət | 97 dəqiqə |
Ölkələr | Rusiya |
Dil | rus dili |
İl | 2002 |
Rəng | rəngli |
Çəkiliş yeri | Rusiya |
IMDb | ID0326450 |
Məzmun
Filmdəki hadisələr 1944-cü ilin yayında baş verir. "Ulduz" (rus. Звезда) adlı leytenant Travkinin başçılıq etdiyi sovet kəşfiyyatçı qrupu düşmənə qarşı tapşırıq yerinə yetirir. Filmin sonunda həmin kəşfiyyatçılar öz məqsədlərinə nail olurlar. Düşmən haqqında topladıqları məlumatları "Yer" (rus. Земля) adlı başqa bir sovet hərbi qrupuna çatdırırlar. Lakin sonda onların heç biri sağ qalmır...
Rollarda
Ad | Rol |
---|---|
İqor Petrenko | leytenant Travkin |
Artyom Semakin | sıravi Vorobey |
Aleksey Panin | çavuş Mamoçkin |
Aleksey Kravçenko | Anikanov |
Yuri Laquta | Brojnikov |
Yekaterina Vuliçenko | Katya Simakova |
Film haqqında
- Film Emmanuel Kazakeviçin eyniadlı povesti əsasında çəkilib.
- Film 1949-cu ildə çəkilmiş eyniadlı filmin yeni interpritasiyasıdır[1].
İstinadlar
- "XVIII Международный фестиваль актеров кино «Созвездие» (Кострома)" (rus). press-centre.tv. 2010. 2012-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-20.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.