Ulacalı
Ulacalı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Ulacalı | |
---|---|
40°04′34″ şm. e. 48°35′53″ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Sabirabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Coğrafiyası və iqlimi
Ulacalı kəndi əsasən dəniz səviyyəsindən aşağıda yerləşmişdir. Bütün ərazisi düzənlikdir. Bitki örtüyünün say müxtəlifliyi çox deyil. Xarakterik meşələr Tuqay meşələridir. Burdakı ağaclar yarımsəhra və quru çöl iqliminə uyğun olan palıd, ağcaqayın və söyüd ağaclarıdır. Kollardan isə yovşan və dəvətikanı üstünlük təşkil edir.
Heyvanlar aləmi isə Tuqay meşələrinin heyvanları ilə məhdudlaşır. Bu heyvanların demək olar ki nəsli kəsilmişdir. Bura tülkü, qaban, cüyür, dələ, canavar aiddir.
İqlim yarımsəhra və quru çöl iqlimidir. Yayda orta tempratur +37,7 dərəcə olur. Yağıntılar az-az və bol miqdarda düşür. Hər yağıntı zamanı tıxminən 55–65 mm yağıntı olur. Qış fəslində orta temperatur +4,7 dərəcə olur. Yağıntılar yayda olduğu kimi yenə də çox kasad, lakin bol olur. Küləklər əsasən isti cənub-qərb küləkləridir.[mənbə göstərin]
Görkəmli şəxslər
- Asif Ağayev — Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı.
- Aqşin Ağayev — Vətən müharibəsi şəhidi
Din
Kənddə Ulacalı kənd məscidi dini icması fəaliyyət göstərir.[1]
İstinadlar
- MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)