Ukrayna qadın milli voleybol komandası

Ukrayna qadın milli voleybol komandasıUkraynanın ən yaxşı voleybolçularını özündə cəmləyən milli komanda. Bu komanda Ukrayna voleybolunun son illərdəki enişi səbəbindən önəmli beynəlxalq turnirlərin heç birinə qatıla bilmir. Bu üzdən də Avropada elə də tanınmır.

Ukrayna
Reytinqdə sırası 46 (2014 yanvar ayı üçün)[1]
KonfederasiyaCEV
FederasiyaUVF
MəşqçiUkrayna Volodimir Buzaiev
İnternet Saytı Ukrayna Voleybol Federasiyası
Olimpiya oyunları
İştirakı1 dəfə (1996-cı il)
Ən yaxşı nəticəsi11-ci yer
Dünya çempionatı
İştirakı1 dəfə (1994-cü il)
Ən yaxşı nəticəsi11-ci yer
Avropa çempionatı
İştirakı5 dəfə (debütü 1993-cü il)
Ən yaxşı nəticəsi3-cü yer : 1993

Tarixi

Ukrayna qadın milli voleybol komandası SSRİ-nin dağılmasından sonra (Ukrayna müstəqil olduqdan sonra) yaranmış və 1992-ci ildən beynəlxalq yarışlarda iştirak etmişdi. Beş qat dünya çempionu SSRİ-nin voleybol mədəniyyətini özündə toplaya bilən Ukrayna 1993-cü ildə Avropa qadınlar voleybol çempionatının final mərhələsinə vəsiqə qazana bilmişdi. Həmin millidən əslən ukraynalı voleybolçuları heyətinə cəlb edən komanda heyətini Avropanın əsas liqalarında çıxış edən oyunçulardan təşkil etmişdi. Bunun məntiqi nəticəsi kimi həmin Avropa çempionatının bürünc medalına da yiyələnmişdi.[2]

Ukrayna 1994-cü ildə tarixində ilk dəfə olaraq Dünya Çempionatına vəsiqə qazana bilmişdi. Turnirdə 11-ci yeri tutan komanda bir daha bu mötəbər turnirdə iştirak edə bilməmişdi.

XX əsrin sonlarından etibarən Ukraynada dünya səviyyəli voleybolçularının yaşlanması, əvəzində isə gözlənilən gənc oyunçuların gəlməməsi böyük enişə səbəb olmuşdu. Avropa çempionatında üçüncülük yaşayan komandadan demək olar ki, əsər-əlamət qalmamışdı. Milli yığma uzun illər heç bir beynəlxalq turnirə vəsiqə qazana bilmirdi. Bunun əsas səbəblərindən biri də Ukrayna vətəndaşı olan voleybolçuların öz milli komandalarını seçməmələri idi. Belə ki, bir çox voleybolçu bu ölkənin vətəndaşı olmasına rəğmən ayrı-ayrı güclü milli komandaları seçirdi. Bu oyunçuların ən başında Azərbaycan milli komandasında oynayan əslən ukraynalı olan dünyaca məşhur voleybolçu Natalya Məmmədova gəlir.

2011-ci ildə səkkiz illik fasilədən sonra Avropa çempionatında iştirak etməsinə rəğmən qrupunda sonuncu yeri tutmuş və turnirlə ərkən vidalaşmışdı.

2014-cü ildə dünya çempionatının seçmə mərhələsində Türkiyə, RumıniyaKipr milliləri ilə eyni qrupa düşən komanda qrupda üçüncü yeri tutaraq final mərhələsinin biletini ala bilməmişdi. Həmin vaxt komandanın heyətində aşağıdakı oyunçular yer alırdı: Novgorodçenko, Kodola, Truşkina, Zakhozha, Savençuk, Pervukhina, Delros, Stepançuk, Lisienkova[3]

Heyəti

2014-cü il üçün əsas heyəti

  • Baş məşqçi : Ukrayna Volodimir Buzaiev
Nömrə Oyunçunun adı Mövqeyi Çıxış etdiyi klub
1 Yekaterina Kalçenko Blokçu Ukrayna Ximki
2 Маrinа Zaxojaya Hücumçu Ukrayna Ximki
3 İrina Truşkina Blokçu Ukrayna Ximki
5 Yuliya Pervuxina Blokçu Ukrayna Ximki
6 Anna Burbelyuk Hücumçu Ukrayna Severodonçanka
9 Tatyana Xilyuk Toppaylayıcı Ukrayna Ximki
10 Anna Lisenkova Hücumçu Ukrayna Severodonçanka
11 Alina Stepançuk Libero Ukrayna Ximki
12 Viktoriya Delros Libero Ukrayna Qalçanka TNZU
13 Yelena Novqorodçenko Toppaylayıcı Ukrayna Ximki
15 Olqa Savençuk Hücumçu Ukrayna Ximki
16 Nadejda Kodola Hücumçu Ukrayna Ximki

Əsas turnirlərdə qazandığı nəticələr

Olimpiya Oyunları

İl Təşkilatçı şəhər Nəticəsi
1996 ABŞ Atlanta11-ci
yer
2000 Avstraliya Sidneytəsnifat keçilmədi
2004 Yunanıstan Afinatəsnifat keçilmədi
2008 Çin Pekintəsnifat keçilmədi
2012 Böyük Britaniya Londontəsnifat keçilmədi
2016 Braziliya Rio de Janeiro?

Dünya Çempionatı

İl Təşkilatçı ölkə Nəticəsi
1994 Braziliya Braziliya11-ci
yer
1998 Yaponiya Yaponiyatəsnifat keçilmədi
2002 Almaniya Almaniyatəsnifat keçilmədi
2006 Yaponiya Yaponiyatəsnifat keçilmədi
2010 Yaponiya Yaponiyatəsnifat keçilmədi
2014 İtaliya İtaliyatəsnifat keçilmədi

Avropa Çempionatı

İl Təşkilatçı ölkə Nəticəsi
1993 Çexiya Çexiya
Bürünc medal
1995 Niderland Niderland7-ci
yer
1997 Çexiya Çexiya7-ci
yer
1999 İtaliya İtaliyatəsnifat keçilmədi
2001 Bolqarıstan Bolqarıstan4-cü
yer
2003 Türkiyə Türkiyə9-cu
yer
2005 Xorvatiya Xorvatiyatəsnifat keçilmədi
2007 Belçika Belçika/Lüksemburq Lüksemburqtəsnifat keçilmədi
2009 Polşa Polşatəsnifat keçilmədi
2011 Serbiya Serbiya/İtaliya İtaliya15-ci
yer
2013 Almaniya Almaniya/İsveçrə İsveçrətəsnifat keçilmədi

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.