Ukrayna Şahinləri
Ukrayna Şahinləri (ukr. Українські Соколи) — Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. Uçuşlar üçün MiQ-29 təyyarələri istifadə olunurdu.[1]
Ukrayna Şahinləri | |
---|---|
Українські Соколи | |
Növü | Aerobatika komandası |
Yaranma tarixi | 1995 — 2002 |
Ölkə | Ukrayna |
Tabedir | Ukrayna Hərbi Hava Qüvvələri |
Rəngləri |
Sarı, mavi, ağ |
Təchizatı | MiQ-29 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Komandanın yaranma fikrin ilk dəfə 1992-ci ildə, MiQ-29 təyyarələri ilə ABŞ-də və Kanadada solo uçuşlar həyata keçirilən zaman yaranıb. Ukraynalı pilotlar "İldırım Quşları"nın və "Mavi Mələklər"in pilotaj fiqurlarını görüblər. 1995-ci ildə komanda qurulub. 2002-ci ildə komanda ləğv olunub.
Uçuşlar
İlk dəfə pilotlar 1996-cı ildə L-39 təlim təyyarələri ilə məşqlərə başlayıblar. 1996-cı ilin yayında isə MiQ-29 təyyarələri istifadə olunmağa başlayıb. 1997-ci ildə komanda ilk ictimai uçuşunu həyata keçirib.
Komanda son uçuşunu 5 oktyabr 2001-ci il tarixində həyata keçirib.
Təyyarələrin sonrakı taleyi
2022-ci ildə internetdə silahlanma ilə təchiz olumuş, Ukrayna Şahinlərinin dizaynında boyanmış təyyarənin videosu yayıldı.[2] 2022-ci ilin 13 oktyabr tairxində Ukrayna Şahinlərinin dizaynına bənzər dizaynda rənglənmiş təyyarənin qalıqları internetdə öz əksini tapdı.[3]
İstinadlar
- "Arxivlənmiş surət". 2022-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-27.
- "Arxivlənmiş surət". 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-27.
- "Arxivlənmiş surət". 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-27.
Xarici keçidlər