Vilyam Tomson (general)
Ser Vilyam Montqomery Tomson — general-leytenant, Müqəddəs Maykl və Müqəddəs Georgi Ordeni, Ən Qürurlu İngilis Hərbi Ordeni, Hərbi Xaç Ordenləri ilə təltif edilmiş Britaniya ali zabiti. Bakının general-qubernatoru olmuşdur.[1]
Vilyam Tomson | |
---|---|
Ser Vilyam Montqomery Tomson | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (85 yaşında) |
Vətəndaşlığı | Böyük Britaniya Böyük Britaniya |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Böyük Britaniya Silahlı Qüvvələri |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1897-1934 |
Rütbəsi | general-leytenant |
Vəzifəsi |
Birinci Siiforth Haylanders komandanı İngiltərənin Şimali İrandakı qoşunlarının komandanı |
Döyüşlər | I Dünya Müharibəsi |
Təltifləri |
Müqəddəs Maykl və Müqəddəs Georgi Ordeni Ən Qürurlu İngilis Hərbi Ordeni Hərbi Xaç Ordenləri |
Tərcümeyi-halı
Ailəsi
General Tomson 1877-ci il 2 dekabrda 78-ci Haylanderli Kapitan Vilyam Tomsonunun dördüncü oğlu kimi dünyaya gəlmişdir. Anasının adı Alisa Broughtondur. Onun böyük qardaşının adı Henri Broughton Tomsondur, digər qardaşı Tomas Veldon Tomson isə zadəgan nəslindən Qvineth Bebb ilə evlənmişdir.
Təhsili
Bedford Məktəbində təhsil almışdır.
Hərbi kariyerası
1897-ci ildə Tomson Siiforth Haylanders hərbi birləşməsinə qoşulmuşdur. O, 1898-ci ildə Sudanda xidmət etmişdir. I Dünya Müharibəsi illərdə — 1915–1916-cı illərdə Birinci Siiforth Haylanders birləşməsinin Fransa və İraqdakı hərbi əməliyyatları zamanı bu birləşmənin komandanı olmuşdur. 1918-ci ilin sentyabrından 1919-cu ilin may ayına qədər Britaniya ordusunun Şimali İran Qüvvələrinin komandanı olmuşdur. Bu müddət ərzində həmçinin Cənubi Qafqazdakı ingilis qoşunlarının da komandanı olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti ilə münasibətləri
1918-ci ilin 16 noyabrında, Bəndər-Ənzəlidə General Tomson Azərbaycan Xalq Cümhuriyyətini idarə edən Müsavat partiyasının nümayəndələri olan Nəsib bəy Yusifbəyli, Musa bəy Rəfiyev və Əhməd bəy Ağaoğlu ilə görüşdü. Görüş zamanı o Azərbaycan Xalq Cümhuriyyətinə qarşı bu tələbləri irəli sürdü:[2]
- Təcili şəkildə Osmanlı qoşunları Bakıdan və ümumiyyətlə AXC ərazisindən çıxarılmalıdır.
- Böyük Britaniya qoşunları Bakıya daxil olmalıdır.
- Erməni qoşunlarının Bakıya daxil olmasına icazə verilməməlidir.
- Transqafqaz dəmir yolu xəttinin şərq hissəsinin təhlükəsizliyi AXC rəhbərliyi tərəfindən təmin edilməlidir.
General Tomson həmçinin öhdəlik götürürdü ki, o, AXC-nin daxili işlərinə qarışmayacaq. o, bu barədə belə demişdir:[3]
Paris Sülh Konfransında xalqların öz müqəddəratını təyin etmə prinsipi əsas amal kimi qəbul edilmişdir. Azərbaycan da bunda istisna olmayacaqdır. |
General Tomson Bakıda
Ertəsi günü General Tomson 2 minlik Britaniya-Hind qoşunu ilə Bakıya daxil oldu. onu həmçinin rus qoşun hissəsi komandanı Nikolay Baratov da müşayiət edirdi. Bu hadisə Bakıda yaşayan ruslar tərəfindən böyük sevinclə qarşılandı. General Tomsonun Bakıdakı ilk əmrlərindən biri Azərbaycan Xalq Cümhuriyyəti bayrağının aşağı endirilməsi əmri oldu. O, Bakıdakı nitqində belə demişdir:[4]
Müttəfiqlər Rusiyanı bərpa etmədən evə dönə bilməzlər. Biz Rusiyanı bərpa etməli və ona dünyada əvvəllər tutduğu mövqeni geri qaytarmalıyıq. |
Lakin General Tomson getdikcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı münasibəti dəyişdi və Azərbaycana olan rəğbəti artdı. İngilis Qoşun Komandanlığına və Antanta Ali Şurasına verdiyi hesabatlarda AXC-nin müstəqil yaşaya bilmə qabiliyyətinin yüksək olduğunu bildirmişdir.
Onun bəyəndiyi layihə əsasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti işə başlamışdır.
1919-cu ilin may ayında ingilis qoşunları Cənubi Qafqazı tərk etmişdir.
Ölümü
1934-cü ildə ordudan ayrılan Vilyam Tomson, 1947-ci ilə qədər Albaniyanın hersoqu olmuşdur.[5] 23 iyul 1963-cü ildə vəfat etmişdir.
Həmçinin bax
İstinadlar
- Thomson, Lieut-Gen. Sir William
- Cəmil Həsənli, Azərbaycan Xalq Cümhuriyyəti Beynəlxalq Münasibətlər sistemində (1918–1920). Bakı.
- Audrey L. Altstadt. The Azerbaijani Turks: power and identity under Russian rule Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. Series: Hoover Institution Press Publication 410. Stanford, CA: Hoover Institution Press, Stanford University, 1992, 331 p. ISBN 0817991824
- Tadeusz Swietochowski (1985), Russian Azerbaijan, 1905–1920 Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine the shaping of national identity in a Muslim community Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine
- Seaforth Highlanders (Ross-shire Buffs, The Duke of Albany's)