Uilyam Lorens Breqq

Uilyam Lorens Breqq (ing. William Lawrence Bragg; 31 mart 1890[1][2][…], Adelaida[3]1 iyul 1971[1][2][…], İpsuiç) — Avstraliya doğumlu ingilis fiziki; fizika üzrə Nobel mükafatı laureatı (1915) sahibi, Braqq qanunu- rentgen şüalarının difraksiyasının kəşfçisi.

Uilyam Lorens Breqq
ing. William Lawrence Bragg
1915-ci ildə Lorens Breqq
1915-ci ildə Lorens Breqq
Doğum tarixi 31 mart 1890(1890-03-31)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1 iyul 1971(1971-07-01)[1][2][…] (81 yaşında)
Vəfat yeri
Milliyyəti İngilis
Həyat yoldaşı Alis Hopkinson (1899–1989)
Atası Uilyam Henri Breqq[4][5]
Elm sahəsi fizika
İş yerləri
Alma-mater

Adelaida Universiteti

Triniti Kolleci
Təhsili St. Peter Kolleci
Elmi rəhbəri

Vilyam Henri Breqq

Cozef Con Tomson
Tanınmış yetirməsi

Samyuel Tolansky

Aleks Stoks
Mühüm layihəsi

Rentgen spektroskopiyası Bragg-Gray nəzəriyyəsi

Rentgen işıqlarının difraksiyası
Üzvlüyü
Mükafatları Military Cross "Britaniya imperiyası" ordeni zabiti Cəngavər bakalavrı
"Kopli" medalı Fizika üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lorens Breqq 1915-ci ildə "Kristal strukturun təhlilində göstərdikləri xidmətə görə" Fizika üzrə Nobel Mükafatına (atası Uilyam Henri Breqq ilə) layiq görülmüşdür. O, 2014-cü ilə qədər bu mükafata layiq görülmüş ən gənc şəxs idi.

Bioqrafiyası

Uşaqlığı və təhsili

Uilyam Lorens Breqq Avstraliyanın cənubunda, Adelaida şəhərində dünyaya gəlmişdir. Breqq uşaq yaşlarından elmə və fizikaya maraq göstərməyə başlamışdı. Atası, Henri Breqq Adelaida Universitetində fizika və riyaziyyat professoru kimi fəaliyyət göstərirdi. Breqq məktəbə başladıqdan qısa bir müddət sonra velosipedindən yıxılaraq qolunu qırır. Atasının Rentgenin Avropada apardığı təcrübələr haqqında oxuduğu elmi yazı var idi və öz avadanlıqları ilə oğlunun sınıq qolunu yoxlamaq qərarına gəldi. Beləcə Avstraliyada ilk dəfə rentgen cərrahi bir məqsəd üçün istifadə edildi.

Lorens Breqq 1905-ci ildə St. Peter kollecində təhsilini davam etdirdikdən sonra 16 yaşında Adelaida universitetinə daxil oldu. Fizika, Riyaziyyat və kimya sahələrində dərslər aldı və 1908-ci ildə universitetdən məzun oldu. Həmin il atası Leeds Universitetinin fizika fakültəsinin dekanı olaraq vəzifəsinə başladı, ailəsini də özüylə birgə İngiltərəyə gətirdi. Breqq 1909-cu ilin payızında Kembric Universitetinin Triniti Kollecinə daxil oldu. Pnevmoniya xəstəliyindən əziyyət çəkməsinə, imtahanlara yataqda hazırlaşmasına baxmayaraq, o riyaziyyat sahəsində təqaüd aldı. Riyaziyyat üzrə mütəxəssisləşdikdən sonra, fizika bölməsinə keçdi. 1911-ci ildə sinif birinciliyi ilə kollecdən məzun oldu. 1914-cü ildə Breqq Triniti Kollecində təqaüd proqramına seçildi. Bu proqram dissertasiyasının təqdimini və müdafiəsini əhatə edirdi. Breqin bir digər hobisi isə, dəniz qabuqlarını toplamaq idi. Onun kolleksiyasındə təxminən 500 çeşit dəniz qabuğu var idi, hamısını Avstraliyanın cənub sahillərindən toplamışdı. Hətta yeni bir mürəkkəbbalığı növü kəşv eləmişdi.

Şəxsi Həyatı

Breqq 1921-ci ildə Alis Hikinson ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 4 uşaqları dünyaya gəldi. Rəssamlıq, ədəbiyyat və həyət işləri Breqqin maraqları arasında idi. Londona köçəndən sonra bağban olaraq bir bağla məşğul olurdu. Lorens Breqq xristian idi.[6] Evinin yaxınlarındaki bir xəstəxanada rəhmətə getmişdir və Kembric universitetində dəfn edilmişdir.

Karyerası

Rentgen işıqlarının difraksiyası

Breqq rentgen işıqlarının difraksiyası qanunu ilə məşhurdur. Breqq qaydası kristalların qırdığı şüalarla kristal formadaki bir atomun pozisiyasını hesablamağa kömək edir. O bunun üzərində 1912-ci ildə, Kembricdəki ilk təbəbəlik ilində çalışmışdı və həmin vaxtlarda rentgen sprektrometri hazırlayan atasından da məsləhət almışdı. Həmin cihaz birçox fərqli kristalı analiz etmək üçün olduqca işə yarayırdı.

Protein üzrə çalışmaları

Breqq protein hissəcikləri və onların tərkibi ilə maraqlanmağa başladı və 1948-ci ildə fizikadan yararlanaraq biologiya sahəsi üzrə problemləri araşdırmaq üçün bir qrup qurdu. O 1953-cü ildə DNT-nin tərkibinin kəşfində böyük rol oynadı.

Mükafatları

  • Fizika üzrə nobel mükafarı (1915)
  • Barnard medalı (1915)
  • Matteucci medalı (1915)
  • Xyuza medalı (1931)
  • Dalton medalı (1942)
  • Royal medal (1946)
  • Kopli medalı (1966)

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.