Uge

Uge xan — 839-cu ildə Külüg Bəyin intiharından sonra 13 sərkərdə tərəfindən xan seçilmişdi. Həmin il 100.000 Yenisey qırğızı Are xanın (阿熱) başçılığı ilə Ordu Balıq şəhərini ələ keçirdi və yandırdı. Uyğurlar Uge xanın başçılığı ilə cənuba köçdülər.

Uge xan
乌介可汗
840 846
ƏvvəlkiKülüg Bəy
SonrakıEnyan
Şəxsi məlumatlar
Doğum yeri Ordu-Balıq
Vəfat tarixi
Atası Boyxan

Köç

Uyğurların köçə məcbur olması Çini narahat edirdi. Txyan-Te qalasını mühasirəyə alan uyğurlar çinlilərin elçilərini qəbul etmədilər. İmperator uyğurların köçündən qorxurdu. 841-ci ildə xaqan Şofan başda olmaqla onlarla Çin şəhərini yağmaladı və yürüşünə davam etdi. Xaqanın 100.000 əsgəri var idi. Lumunşan dağı yaxınlığında 30.000 əsgərdən 4 aymak da ona qoşuldu. 841-ci ildə Uyğur ordusunda sərkərdə olan Külüg Bəyin qardaşı Umus Çin ordusunda fəaliyyət göstərməyə başladı və Li Sişonq adını aldı. Umusun Çin tərəfinə keçməsini görən digər sərkərdələr Aliçji, Sivuçjo, Ulosi və s. də Çin tərəfinə keçdi. 846-cı ildə Monqolustana çəkilən Uge orda yerli qəbilələr tərəfindən öldürüldü. Xaqana sadiq qalanlar Enyan xanı hökmdar seçdilər.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.