Ufa çayı
Qaraidel (başq. Ҡариҙел; rus. Караиде́ль), Ufa (başq. Өфө; rus. Уфа́) və ya Ufimka (rus. Уфи́мка) — Ural və Uralyanıda çay. Ağidelin sağ axını.[1] O, Çelyabinsk, Sverdlovsk vilayətləri və Başqırdıstan Respublikası əraziləri ilə axır.
Qaraidel | |
---|---|
başq. Ҡариҙел | |
Ölkə | Rusiya |
Mənbəyi | Cənubi Ural, Uraltau |
Mənsəbi | Başqırdıstan, Ufa, Ağidel |
Uzunluğu | 918 km |
Su sərfi | 388 m³/san |
Hövzəsinin sahəsi | 53 100 km² |
DSR | 10010200812111100020106 |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiya
Rus dilində işlənilən Ufa adı Qaraidel adından gec, Ufa şəhərin əsası qoyulduğdan sonra meydana çıxmışdı.[2] Bundan əvvəl rus dilində də baqırdcada kimi çayın adı Караидель (başq. Ҡариҙел) idi.
Qaraidel ilə Ağidel çayları qovuşanda, onların tünd və açıq axınların arasında fərq görünür.[2]
Başqırdıstan Respublikasında bu çaya Ufimka deyirlər, Sverdlovsk və Çelyabinsk vilayətlərində isə Ufa. Başqırd ilə tatarlar isə onu Qaraidel adlandırırlar.[3]
Coğrafiya
Qaraidel Ağidelin ən böyük axınıdır.[2]
Çayın əsas qolları: Ufaleyka, Kukazar, Nadı, Əy, Serqa, Yürüdən, Töy, Esem, Şarovarka, Buqalış, Bisert, Sarana, Ərtə və Şuqurovka.
Yaşayış məntəqələri: Nyazepetrovsk şəhəri, Bilən qəsəbəsi, Şamaxı qəsəbəsi, Arıslan qəsəbəsi, Krasnoufimsk şəhəri, Sarana qəsəbəsi, Mullakay kəndi, Qaraidel qəsəbəsi, Pavlovka qəsəbəsi, Çandar kəndi və Ufa şəhəri.
İqtisadiyyat
Faydalı qazıntılar
Çayın yuxarı hissələrində nikel, dəmir, mis və kobalt var. Yuxarı axının qollarında isə almaz və qızıl tapılır. Vadisində isə neft, qaz, gil, qum və çınqıl var.[4]
Enerji
1960-cı ildə çayda Pavlovka su elektrik stansiyası (SES) tikintisi başa çatıb. Pavlovka SES-ın dambası eyni adlı su anbarı yaradır.[5]
Tarix
İnsanlar bu çayın sahillərində paleolit dövründən bəri yaşayırlar.[4]
İstinadlar
- "Arxivlənmiş surət". 2016-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.
- Три путешествия по рекам. Река Уфа Arxivləşdirilib 2019-05-22 at the Wayback Machine, По Тропам Южного Урала.
- Река Уфа (Караидель) Arxivləşdirilib 2019-05-14 at the Wayback Machine, Весь Южный Урал.
- "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-17.
- "Arxivlənmiş surət". 2013-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.