Ues Kreyven

Ues Kreyven (ing. Wesley Earl Craven; 2 avqust 1939[1][2][…], Klivlend, Ohayo[3]30 avqust 2015[3][1][…], Los-Anceles, Kaliforniya[3]) — ABŞ rejissoru, prodüseri, ssenaristi və aktyorudur.

Ues Kreyven
ing. Wesley Earl Craven
Doğum adı Uesli İrl Kreyven
Doğum tarixi 2 avqust 1939(1939-08-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 avqust 2015(2015-08-30)[3][1][…] (76 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Xərçəng xəstəliyi
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, film prodüseri, ssenarist, aktyor, kinooperator[d], telerejissor, televiziya prodüseri[d], montajçı[d], kino aktyoru, rejissor
Fəaliyyət illəri 1971–2015
Təhsili
IMDb ID0000127
İmzanın şəkli
wescraven.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ues Kreyven 1932-ci ildə ABŞ-nin Klivlend ştatının Ohayo şəhərində Karolin (ilk soyadı Miller) və Pol Kreyvenin[4] ailəsində anadan olmuşdur. Ailəsi protestant olub. Əvvəllər ingilis ədəbiyyatı üzrə fakültəyə daxil olsa da, uzun sürən xəstəlikdən sonra fakültəni tərk edir. Sonralar psixologiya ilə məşğul olur. 1963-cü ildə psixoloq vəzifəsinə layiq görülür. Nyu-Yorka qayıtdıqdan sonra bir müddət taksi şoferi işləyir. Səs rejissoru işlədikdən sonra 1971-ci ildə rejissor Şon Kanninhem ilə "Birlikdə" filmini çəkir. Beləcə, Ues Kreyven film karyerasının təməlini qoyur. Ues Kreyven "Təpələrin gözləri var" filminə görə mükafata layiq görülür. Film karyerasının ən uğurlu çəkdiyi film isə 1984-cü ildə çəkilən "Qarağac küçəsində qarabasma" filmi olur. Film, o cümlədən, Ues Kreyven tənqidçilər tərəfindən müsbət qarşılanmış və bir çox mükafata layiq görülmüşdür. 1996-cı ildə "Qışqırıq" filmini çəkmişdir. 2015-ci ildə "MTV" kanalında yayımlanan "Qışqırıq" serialında bir müddət prodüserlərdən biri olaraq çalışmışdır. Ues Kreyven 30 avqust 2015-ci il tarixində Kaliforniya ştatının Los Anceles şəhərində yerləşən evində, uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Şəxsi həyatı

Ues Kreyven Bonni Bröker (ing. Bonnie Broecker) ilə ailə həyatı qurduqdan sonra Conatan və Cessika adlı övladları dünyaya gəlir. Təxminən 10 il birlikdə yaşadıqdan sonra ayrılırlar. Bonni Broeker Tom Çapin (ing. Tom Chapin) ilə ailə həyatı qurmuşdur.[5] Ardınca Ues Kreyven Mimi Kreyven ilə ailə həyatı qursa da, bir müddət sonra boşanırlar. Ues Kreyven çox keçmədən film prodüserinlərindən biri olan İya Labunka ilə ailə həyatı qurur.

Filmoqrafiya

Rejissor

Ssenarist

Rol aldığı filmlər

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.