Uels
Uels (ing. Wales, Uels dilində: Cymru) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniya adasının cənubi-qərb hissəsində yerləşir. Paytaxtı Kardiffdir.
Uels | |||||
---|---|---|---|---|---|
Wales Cymru | |||||
| |||||
Cymru am byth!, Wales Forever!, Long live Wales | |||||
Himn: Seçilməyib |
|||||
Tarixi | |||||
• İngiltərə ilə ittifaq bağlanması | 1736-cı il | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Kardiff | ||||
Kral | III Çarlz | ||||
Baş Nazir | Rişi Sunak | ||||
Uelsin Birinci Naziri | Karuin Cons | ||||
Sahəsi | |||||
• Ümumi | 20779 km² | ||||
Əhalisi | |||||
• Əhali | 3,063,456 nəfər | ||||
Valyuta | funt sterlinq | ||||
Saat qurşaqları | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Uels ərazisi əsasən dağlıq relyefə malikdir. Ən böyük adası olan Anqlsi adası ölkənin əsas hissəsindən Menay boğazı ayırır. Böyük Britaniyanın bir hissəsidir. Uels yarımadasından ibarətdir. Sahil xətti güclü şəkildə parçalanmışdır. Yarımadanın böyük hissəsini yüksək olmayan (500–700 m) Kembric dağ massivi təşkil edir. Yarımadanın şimalında ucalan Snoudon dağı İngiltərə tarixi-coğrafi bölgəsinin ən yüksək zirvəsidir. Həmin zirvədən yaxşı hava şəraitində Uelsin əzəmətli, geniş mənzərələrini seyr etmək olur. Çayların vadilərində və dağətəyi yerlərdə enli yarpaqlı meşələr zolağı uzanır. Düzənlik ərazilərdə tarlalar və bağlar salınmışdır.
Tarixi
Uels V–VI əsrlərdə Britaniyanın anqlosakslar tərəfindən zəbt edilməsindən sonra formalaşmış xalqın-uelslilərin və ya vaililərin vətənidir. Bu məğrur xalqın çox əsrlik tarixi anqlosaks işğalçıları ilə apardığı amansız mübarizə ilə zəngindir. Yalnız XIII əsrdə anqlosakslar Uelsi özlərinə tabe edə bildilər.
Uels paytaxtının (Kardif şəhəri) görkəmli yerləri, eyni zamanda Llanqollen və Karmarten şəhərlərinin zəngin tarixi və memarlıq abidələri. turistləri cəlb edən amillərdir. Uels, müalicəvi mineral mənbələrlə zəngindir. Bunların arasında, Llandrindod-Uels, Llanurtid-Uels daha məşhurdur. Uelsin dəniz sahili kurortları — Tauni, Aberistuit, Tenbi, Suonsi turistlərin diqqətini cəlb edir. Bu şəhərlərdə çoxsaylı tarixi və memarlıq abidələrinə rast gəlmək olar.
İqlim
Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir.. Bu müxtəliflik ilk növbədə Uelsin ərazisinin mülayim və okeanik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır. Yarımada əsasən rütubətli dəniz iqlimi mövcud olur.
Əhali
2011-ci il yanvar ayına olan rəsmi məlumata əsasən Uelsdə 3,063,456 nəfər əhali məskunlaşıb. Əhalinin 72,6%-ni uelslislər, 20,77%-ni ingilislər, 0,7%-ni şotlandlar, 0,6% hindistanlılar təşkil edir.
Din
Uelsdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmış din xristianlıqdır. Uelslilərin 57,6%-i xristianlıq, 1,5%-i islam, 0,3%-i hinduizm və 0,3%-i buddizm dininə məxsusdur.
Səhiyyə
Uelsdə səhiyyə əsasən "NHS Wales" tərəfindən təmin edilir. 2010-cu və 2012-ci illər arasında Uelsdə anadan olanlar üçün həyat davamlılığı kişilər üçün 77,8 il, qadınlar üçün 82 il təşkil edir. Bu, Böyük Britaniyada dörd ölkədə ikinci ən yüksək həyat davamlılığı təşkil edir.
Siyasi sistem
Uels 1736-cı ildən İngiltərə ilə qanunla rəsmiləşdirilmiş ittifaqdadır, 1997-ci ildən isə məhdud muxtariyyət əldə edib. 1998-ci idən Uelsin öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir, lakin onların səlahiyyəti təhsil, mədəniyyət, səhiyyə, nəqliyyat, ətraf mühitin mühafizəsi və sair məsələlərlə məhdudlaşır.[1]
Təhsil
Uelsdə ümumi orta məktəb təhsili üç pillədən — ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır.
Universitetlər
Uelsin ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. Uelsin ən nüfuzlu təhsil müəssisələri Kardiff və Suonsidə yerləşir.
- Kardiff Universiteti
- Suonsi Universiteti
- Banqor Universiteti
- Aberistuit Universiteti
- Kardiff Metropolitan Universtiteti
- Cənub Uels Universiteti
Uelsin ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç tsikllidir:
- Birinci tsikl – bakalavr;
- İkinci tsikl – magistratura;
- Üçüncü tsikl – doktorantura.
İdman
İdman oyunları içərisində Uelsdə ən geniş yayılan növü futboldur.[2] Atletizm, reqbi, velosiped, boks ən müvəffəqiyyətli idmanlarıdır.
Dövlət bayramları və xüsusi günlər
Rəsmi
Bayram | Tarix |
---|---|
Yeni İl Günü | 1 yanvar |
Yeni İl Bayramı | 2 yanvar |
Yaxşı Cümə | Xristian təqvimi ilə dəyişir. |
May Günü | 1 may |
Yaz Bayramı | Mayın son Bazar ertəsi |
Yay Bayramı | Avqustun birinci Bazar ertəsi |
Milad | 25 dekabr |
Baksinq Günü | 26 dekabr |
İstinadlar
- "Part II: The Scottish Administration". The National Archives (United Kingdom). 2013-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23.
- Gerhardt, W. "The colourful history of a fascinating game. More than 2000 Years of Football". FIFA. 10 August 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2006.