Udlaq
Udlaq — yun. Pharinx həzm kanalının ikinci hissəsini təşkil edərək burun, ağız boşluqları ilə qırtlağın arxasında, kəllə əsasının altında, onurğanın boyun hissəsinin ön səthində yerləşmişdir. Aşağıda VI–VII fəqərə cisimləri arasında qida borusuna keçir. Uzunluğu 12–15 sm və eni yuxarıda 4,5 sm-ə bərabərdir. Vəzifəsi qidanı ağız boşluğundan qida borusuna və havanı burun boşluğundan qırtlağa keçirməkdir. Burada həzm kanalı ilə tənəffüs yolları çarpazlaşır. Udlağın dal və iki yan divarı vardır.
Udlaq | |
---|---|
| |
Yunanca | Pharinx |
İltihabı | Pharingitis |
Qrey | subyekt 244 1141 |
Arteriya | Qalxan udlaq arteriyası, qalxan və enən damaq arteriyası, aşağı qalxan arteriya |
Vena | Udlağın venoz kələfi |
Sinir | Azan sinir: udlaq sinir kələfi, əng və çənə sinirləri |
MeSH | Pharynx |
Dorlands/Elsevier | 12633198 |
Vikianbarda əlaqəli mediafayllar |
Mənbələr
- Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.