Udabno monastırı

Udabno monastırı (gürc. უდაბნოს მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Abidə, David Qareci lavrasının cənub-qərbində, böyük qayanın enişində yerləşir.

Udabno monastırı
gürc. უდაბნოს მონასტერი
41°26′29″ şm. e. 45°22′37″ ş. u.
Ölkə  Azərbaycan
Yerləşir Ağstafa rayonu
Aidiyyatı Gürcü Ortodoks Kilsəsi
Tikilmə tarixi IX-XI əsrlər
Üslubu Gürcüstan memarlığı
Vəziyyəti qəzalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsviri

Udabno monastırı bir neçə mağara kilsəsindən ibarətdir. Kompleksin əsas tikilisi hündür və geniş zala malik olan Tanrı anası kilsəsidir. Kilsənin şimal tərəfində yerləşən girişi üç tağlı monumental arkada ilə vurğulanmışdır. Kompleksə həm də bir-birinin yanında yerləşən mağara sovmələr daxildir.

Udabno mağarasının interyerlərini bəzəyən freskalar silsiləsində ilk dəfə ardıcıllıqla David Qarecinin həyatını əks etdirən səhnələr yer almışdır. Kilsə freskalarının ən alt qatı X əsrin II yarısına aid edilir. Lakin, bu tarix yalnız freskaların tarixinə aid edilməklə, monastırın özünün daha əvvəlki dövrə aid olması qeyd edilir. Freskaların ikinci qatı XIII əsrə, üçüncü qatı isə XIV əsrə aiddir.

Sərhəd mübahisəsi

6 may 2012-ci ildə Azərbaycan Dövlət Sərhəd Xidməti monastır ərazisini qapalı elan edərək[1], ziyarətə gələn turistlərin Udabno monastırına keçməsinə icazə verməmişdir.[2] Bəyanatla çıxış edən Gürcüstan Mədəniyyət və İdman Nazirliyi Udabno monastırının Azərbaycan ərazisində yerləşdiyini və abidənin ziyarətə bağlanmasının Azərbaycanın daxili işi olduğunu bildirmişdir.[3] Bununla yanaşı, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası ilə məşğul olan komissiya üzvlərinin rahat şəkildə monastır ərazisinə keçməsi, yoxlanış və baxış həyata keçirməsinə şərait yaradılmışdır.[4]

İstinadlar

Ədəbiyyat

  • აბრამიშვილი გ., დავით გარეჯელის ციკლი ქართულ კედლის მხატვრობაში, თბ., 1972
  • Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.