Ud Ana
Ud Ana — türk, monqol və altay mifologiyasında inək ilahə. Uy Ana və ya Ut Ana da deyilir. İnək Ana təbiri də istifadə edilər. Monqollar Üne (Üneğe) Ece deyərlər. Malları qoruyar. Gücü təmsil edir. Bəzi türk tayfaları, nəsillərinin inəkdən törədiyini inanar. Məsələn qırğızlar ilk analarının bir inək olduğuna və bir mağarada yaşadığına inanırlar. Qəhrəmanlardan olan buynuz anlayışı buğadan ilhamlanmışdır. Bu boynuzlar gücü işarələr və Ayın simvoludur. Həqiqətən də buynuz ünsürü bir çox digər ilahəyə da keçmişdir. Məsələn Umay Ananın buynuzları vardır. Bundan başqa sonsuz qadınlar müqəddəs mağaralardaki boynuzlara ip bağlayaraq uşaq diləyərlər.
Həmçinin bax
Mənbə
- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.