Ucalıq düsturu (film, 2012)

Ucalıq düsturu
Janr tarixi
Rejissor Cəlal Cavadov
Ssenari müəllifləri Ənvər Çingizoğlu
Operator Əlinasir İmanlı
İstehsalçı "Turanfilm"
İlk baxış tarixi 3 dekabr 2012
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 35 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2012
Rəng rəngli

Məzmun

Film şəhid Novruz Əliyev haqqındadır.

Füzuli bölgəsinin Şükürbəyli kəndində il yaza dönəndə, bayram günü Qaryağdı Əliyevin ocağında bir oğlan uşağı dünyaya gəldi. Ağır-ağsaqqalar onu ailəsinə bayram payı bilib adını Novruz qoydular. Novruzu anası Natella xanım vətən sevgisi ilə böyütdü. Torpaq, bayraq sevgisi ilə böyütdü.

Novruz ayağı yer tutub, yeriyəndən özünü idmana həsr etdi. Futbol ömrünün mənasına çevrildi. Topla yatıb, durdu. O, böyüyüb yetkin, yetənəkli vaxtlarında da topdan əl çəkmədi. Kənd, məhəllə uşaqlarını başına yığıb meydaçaya tələsdi...

Ailə başçısı Qaryağdı Əliyevin də alnına köçkünlük yazıldı. Çadır şəhərciyinə sığınıb övladlarını böyütdü. Genişlikdən gəlib, darısqallığa qısılan Novruzun suallarına cavab vermək özü məşəqqət idi.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi: Ənvər Çingizoğlu
Rejissor: Cəlal Cavadov
Operator: Əlinasir İmanlı
Montaj: Etibar Nəcəfov
Mətni oxuyan: Eldost Bayram
Məsləhətçi:
Redaktor: Faiq Şükürbəyli
Direktor:
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.