Uca sığırquyruğu
Uca sığırquyruğu (lat. Verbascum densiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü.
Uca sığırquyruğu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Lamiids Dəstə: Fəsilə: Triba: Scrophularieae Cins: Növ: Uca sığırquyruğu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Botaniki xarakteristikası
Uca sığırquyruğu iriçiçəkli keçəyəbənzər tükcüklü, birinci il inkişaf edərək kök üstündə olan çətir və yarpaqlar, ikinci il isə generativ gövdə əmələ gətirir. Gövdəsi budaqlanmayan hündürlüyü 2 m-ə qədərdir. Kök üstündə olan yarpaqları oturaq və ya qısasaplaqlı, uzunsov və ya uzunsov-ellipsşəkilli, iriçəpərli kənarları, gövdəsi növbəli, bütün uzunluğu boyu sallanmış buğumarasından, aşağı hissəsi uzunsov, yuxarı hissəsi yumurtavari, itiuclu olub, kənarları dişlidir. Çiçəkləri sarı, azacıq qeyri-düzgün və beşüzvlü, olub, 3-4,5 sm diametrinə bərabərdir. Meyvəsi qutucuqdur. İyun-avqust aylarında çiçəkləyir. Bütün bu növlər sarı və ya çəhrayı rəngli, erkəkcik sapından ibarət olmaqla, aydın görünən tükcüklərdən ibarətdir. Çəmənliklərdə, meşənin kənarında, qumluqlarda, dağ döşündə yamaclarda, dəmir yollarının kənarlarında, istifadəsiz və təzə meşə salınan yerlərdə rast gəlinir. Bəzən xüsusilə meşə salınan yerlərdə və çöllüklərdə bir neçə hektar uzanan pöhrəlikləri yayılır.
Xammal iyul-avqust ayında aydın günəşli gündə, günün birinci yarısında şeh çəkilməmiş toplanılmalıdır. Açıq-sarı çiçəkləri toplanılmalı, çiçək tacı seçilərək götürülməlidir. Xammalı toplanan zaman kasacıq və digər hissəcikləri atılmalıdır. Toplanan çiçək tacı dərhal, gecikdirmədən qurudulmalı, 1 sm-ə qədər qatlara sərilməli, çardax və yaxşı ventiliyasiyalı naveslərə yerləşdirilməlidir. Qurudulma 40-50°С-də aparılmalı, sonra quruyan xammal paketənməli və taxtadan düzəldilmiş rəflərə yığılmalıdır. Yaxşı qurumuş xammal qızılı-sarı rəngdə olur. Toplayan zaman pöhrəliklərdə bitkinin məhv edilməməsinə maksimum çalışılmalıdır. Olduqca hiqroskopik olduğundan asanlıqla nəm, rütubət çəkir, kiflənir və kif basır. Ona görə də xammal quru saxlama məntəqələrində stelaj və yeşiklərdə, perqament döşəmələrdə, apteklərdə isə şüşə bankalarda quru yerlərdə saxlanılmalıdır. Saxlama müddəti 2 ildir. Zəif iyli, ədviyyəli və şirintəhər dadlıdır.
Tərkibi və təsiri
Çiçəklərinin tərkibində 2,5%-ə qədər selik, 11%-ə qədər şəkər, β-karotin, kumarin, saponinlər (verbasko saponin), flavonoidlər (apigenin, lyuteolin, rutin, kempferol), dihidrolakton, iridoid (aukubin, katalpol, metilkatalpol), fenol (0,5%), efirlər, piyli turşular və boyayıcı maddə olan α-kroçetin vardır. Öskürəkkəsici dərmandır. Xammal kimi çiçəkləri eksport olunur. Öskürəkkəsici, yumşaldıcı və bürüyücü kimi sinə qarışıqlarının tərkibinə daxildir.
Sinonimləri
Homotipik sinonimləri
- Verbascum thapsiforme subsp. densiflorum (Bertol.) Nyman
Heterotipik sinonimləri
- Verbascum bicolle Schrank
- Verbascum cuspidatum Schrad.
- Verbascum floccosum var. gymnostemon (Franch.) Rouy
- Verbascum macrantherum Halácsy
- Verbascum messanense Tineo
- Verbascum phlomoides var. cuspidatum (Schrad.) Wirtg.
- Verbascum phlomoides var. cuspidatum (Schrad.) Alef.
- Verbascum phlomoides var. gymnostemon Franch.
- Verbascum phlomoides subsp. thapsiforme (Schrad.) Čelak.
- Verbascum phlomoides var. thapsiforme (Schrad.) P.Fourn.
- Verbascum phlomoides subsp. thapsiforme Rouy
- Verbascum thapsiforme Schrad.
- Verbascum thapsiforme var. bicolle (Schrank) Gaudin
- Verbascum thapsiforme subsp. cuspidatum (Schrad.) Arcang.
- Verbascum thapsiforme var. laxum Klett & Richt.
- Verbascum thapsiforme var. thapsonigrum Gaudin
- Verbascum thapsus var. thapsiforme (Schrad.) Wahlenb.
- Verbascum velenovskyi Horák