Uc (feodalizm)

Uc (türk. ; kənar, son) — köçəri türkmənlərin üstünlük təşkil etdiyi, adətən "kimsəsiz torpaqlar" kimi təsvir edilən torpaq mülkiyyət forması. Əsasən Anadolu, BalkanlarPireney yarımadasında formalaşmış müsəlman dövlətlərində olurdu. Bu torpaqlar tayfa başçılarına dövlətin ucqar sərhədlərini xarici qüvvələrdən qorumaq öhdəliyi müqabilində verilirdi. İrsən keçmirdi.[1]

1261-ci ildə Kiçik Asiyadakı siyasi vəziyyət:
  (A) Trabzon imperiyası
  (B) Nikeya imperiyası
  (C) Latın imperiyası
  (D) Kilikiya çarlığı
  (E) Səlcuqlu dövləti
  1. Çobanoğulları
  2. Qaramanoğulları
  3. İnancoğulları

Əhalisi

Bizansın xaraba qalmış Saqalassos qalasında şəhərin xristian sakinləri ilə buraya gələn türklər arasında münasibətlər mənfi zəmində idi. Bu səbəbdən türkmənlər "qarahisar"ın özündə deyil, onun kənarındakı ayrı kəndlərdə məskunlaşmağa başlamışdılar.[2]

Tutulan bəzi yunan şəhərlərinin əhalisinin sayı xeyli azalmış olsa da, qismən qorunurdu. Qalan xristian yunanlar vergi planında (zimmi) istismar olunurdu, onlardan həm də devşirmə, qadınlardan fahişə, qul, cariyə kimi istifadə olunurdu.[3][4] Hər halda, Səlcuqlu uclarında qalan yunanlar tədricən türkləşməyə və islamlaşmaya məruz qalmışdılar.[5] Həmçinin, oturaq həyat tərzinə keçən türkmənlər onların iqtisadiyyatlarını təqlid edərək xaraba qalmış Bizans şəhərlərinə daha yaxın yerlərdə məskunlaşmağa başlamışdılar.[6]

İstinadlar

Əlavə ədəbiyyat

  • Emecen F. Uç beyi // Islam Ansiklopedisi . 42 (türk). 2012. 38—39.
  • Zachriadou E. Udj. The encyclopaedia of Islam, new edition. X. Leiden: BRILL. In Houtsma, Martijn Theodoor. 2000. 204–206.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.