Ubadə ibn əs-Samit

Ubadə ibn əs-Samit (586, Mədinə655, Ramla[d], ərəb. عبادة بن الصامت) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) səhabələrindən biri.

Ubadə ibn əs-Samit
Doğum tarixi 586
Doğum yeri
Vəfat tarixi 655
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

O, səhabələrdən və ənsarın böyüklərindəndir. Ləqəbi Ubadə Əbu Vəliddir və xəzrəc qəbiləsinin Avfoğullarındandır. Atası Samit ibn Kays, anası Kurret-ül-ayn binti Ubadədir. Tam adı Ubadə ibn Samit ibn Kays ibn Əsrəm ibn Fihr ibn Saləbə ibn Qanem ibn Salim ibn Avf ibn Amr bin Avf ibn Xəzrecdir. 583-cü ildə Mədinədə doğulmuş, 654-cü ildə Fələstində vəfat etmişdir. Hicrətin 34-cü ilində 72 yaşında Şam yaxınlığındakı Ramlada vəfat edən Ubade bin Samit orada dəfn edilmişdir[1].

Müsəlman olması

Ubadə Besətin on birinci ilində həcc mövsümündə Məkkəyə gedir və müsəlman olur. O, hicrətdən əvvəl baş vermiş birinci və ikinci Əqəbə beyətlərində iştirak etmişdir. İkinci Əqəbə beyətində 70-ə yaxın müsəlmanı təmsil edən və şəxsən Məhəmməd peyğəmbərlə görüşən 12 nəfərdən biri olmuşdur. Səadət dövrünün hadisələrindən olan Rıdvan beyətində Ubadə ibn Samit də Peyğəmbərimizin əmrlərindən dönməyəcəklərinə və hər işdə ona itaət edəcəklərinə and içənlər arasında idi.[2]

Təhsil

Ubadə 35 müsəlman olur. Oxuyub yazmağı bilən səhabələrdən olduğu üçün Məhəmməd (s.a.v) onu Süffə səhabələrinə müəllim təyin edir. Ubadə səhabələrin alimlərindən olmuşdur. Hədis və fiqhdə böyük biliyə sahib idi. Dəməşqdə olduğu müddətdə hədis və fiqhdən dərs demişdir. 80-dən çox hədis nəql etmiş, çoxlu tələbələr yetişdirmişdir. O, Quranı tam əzbərləmiş və onu yazıya almışdır.

Qatıldığı döyüşlər

O, hicrətin ikinci ilində Məhəmmədin (s.a.v) əmri ilə İslam ordusunda olmuş və Bədr səhabələrindən olmuşdur. Üçüncü ildə o, Uhud döyüşündə və Bəni Qureyzənin Mədinədən qovulmasına səbəb olan səfərdə də iştirak edir. Qaynuqa yəhudilərini Mədinə ətrafından çıxarmaq vəzifəsi Ubadəyə həvalə edilir. Hicrətin beşinci ilində baş verən müharibələrdən sonra Ubadə ibn Samit də Hudeybiyyə sülhünün bağlanmasında iştirak edir. Ubadə Hüneyn döyüşündə də iştirak edir və böyük faydalar göstərir. O, həm də fiziki və maddi cəhətdən Təbuk yürüşündə iştirak etmişdir. Ubadə Ömərin xilafəti dövründə Suriyaya yürüş etdikdən sonra hicrətin on dördüncü ilindən başlayaraq Misirə getmiş və Misirin fəthində iştirak etmişdir. Əmr ibn As Misir kampaniyasında Ömərdən kömək istəyir. O, dörd nəfəri Əmr ibn Asın yanına göndərir. Onların arasında Ubadə ibn Samit də var idi. Orada bir çox vəzifələr yerinə yetirir və Misirin fəthinin başa çatmasında böyük rol oynayır.[3]

İstinadlar

  1. Üsdü’l-Gàbe. səh. 107: 3.
  2. İbn-i Sa’d. . 3. səh. 546. Tabakât}
  3. ubade bin samit ra. . 28.01.2014 http://www.sahabelerinhayati.com/ (#bare_url_missing_title). 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29. Sahabelerinhayati
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.